Suraxanıda məişət zorakılığının qarşısının alınması mexanizmləri mövzusunda tədbir keçirilmişdir
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Məişət zorakılığının qarşısının alınması mexanizmləri” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Ceyran Rəhmətullayeva, Komitənin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova, RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələri, rayon İcra Hakimiyyəti yanında "Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu”nun üzvləri, rayon ərazisində yerləşən tam orta məktəblərin direktorları və iştirak etmişdir. Tədbirin keçirilməsində əsas məqsəd yerli icra hakimiyyətlərində yaradılmış “Gender zorakılığı və Uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları”na “Məişət zorakılığının qarşısının alınması mexanizmləri” mövzusunda görüləcək işlərlə bağlı fəaliyyətin daha da gücləndirilməsi istiqamətində məlumatın verilməsi və marifləndirici tədbirlərin təşkil edilməsidir.