Şriftin ölçüsü :

Saytın rəngi :

Əmircan qəsəbəsində növbəti səyyar qəbul-görüş keçirilmişdir

24 oktyabr 2019 | 16:00

24 oktyabr 2019-cu il tarixdə rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun Əmircan qəsəbəsində 84 nömrəli tam orta məktəbin akt zalında sakinlərlə növbəti səyyar qəbul-görüşü olmuşdur. Görüşdə dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak etmişdir.
İlqar Abbasov səyyar qəbul-görüşdə sakinlərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən cari ildə qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar barədə ətraflı məlumat verərək bildirmişdir ki, Azərbaycan dövlətinin sosial sahədə, insanların rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlər davam edir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin imzaladığı sərəncamlarla minimum əməkhaqqının, eləcə də bir sıra sahələrdə çalışan işçilərin aylıq vəzifə maaşları artırılmışdır. Minimum aylıq əməkhaqqı 180 manatdan 250 manata çatdırılmış, hərbi və hüquq mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşları artırılmışdır. Artımlar ümumilikdə 20-50 faiz təşkil edir. Həyata keçirilən tədbirlər 1 milyon 350 min nəfər vətəndaşın əməkhaqqının artımına səbəb olmuşdur. Bu da ölkə üzrə muzdla işləyənlərin 80 faizini təşkil edir. 750 min nəfərin pensiyasında artım baş vermişdir. Bu isə ölkədə ümumi pensiyaçıların təqribən 60 faizi deməkdir. Digər pensiyaçılara gəldikdə, 2020-ci ilin yanvarından bütün pensiyalar artacaq.
Rayon rəhbəri daha sonra qəbul edilmiş Dövlət Proqramlarının icrası nəticəsində Suraxanı rayonunda, o cümlədən Əmircan qəsəbəsində görülmüş işlər barədə danışdı və  2019-2013-cü illəri əhatə edən dövlət proqramında icrası nəzərdə tutulmuş abadlıq-quruculuq işlərini sakinlərin diqqətinə çatdırdı. Rayon rəhbəri səyyar qəbul-görüşdə sakinləri narahat edən müxtəlif məsələlərə aydınlıq qətirdi, qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verdi və onların həlli nəzarətə götürüldü.

Keçidlər