Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda Nəsiminin 650 illik yubileyi təntənəli qeyd olundu

22 oktyabr 2019 | 16:00

Suraxanı Rayonu Heydər Əliyev Mərkəzinin, rayon İcra Hakimiyyətinin, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və YAP Suraxanı Rayon Təşkilatının birgə təşkilatçılığı ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin Suraxani Rayonu Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etmiş, İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə Suraxanı Rayonu Heydər Əliyev parkında xatirə ağacı əkmişlər.
Tədbir rayon İcra Hakimiyyətinin akt zalında dövlət himninin səsləndirilməsi ilə başlamışdır.
Giriş sözü ilə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirmişdir ki, 2019-cu ildə Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində qeyd edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” və 2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilməsi haqqında Sərəncam imzalamışdır.
Sərəncamlarda qeyd olunduğu kimi Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir.
Qeyd olunmuşdur ki, bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən Ümummilli Liderimiz Heydər Əliyevin mədəniyyət siyasəti uğurla davam etdirilir. Tarix və mədəniyyət abidələrinə dövlət səviyyəsində diqqət və qayğı göstərilir, Azərbaycanın görkəm¬li şəxsiyyətlərinin yubileyləri keçirilir.Yeni mədəniyyət müəssisələri, konsert salonları inşa olunur, teatrlarımız, muzeylərimiz, kitabxanalarımız təmir olunur.
Ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm layihələr həyata keçirilir. Dövlətimizin başçısının mədəniyyətlə bağlı imzaladığı fərman və sərəncamlar, apardığı məqsədyönlü siyasət və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında Fondun həyata keçirdiyi layihələr bunun ən yaxşı göstəricisidir.
Heydər Əliyev Fondunun muğam sənətimizin inkişafına, Azərbaycan mədəniyyətinin dünyada tanınmasına, milli-mənəvi dəyərlərimizin təbliğinə həsr etdiyi davamlı tədbirləri olduqca əhəmiyyətlidir.
Görülmüş işlərin nəticəsidir ki, ötən illər ərzində Azərbaycanın görkəm¬li şəxsiyyətlərinin, o cümlədən Nəsiminin xatirəsinin əbədiləşdirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilmiş və onun ədəbiyyatda, incəsənətdə parlaq obrazı yaradılmışdır.
Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkəmizdə 650 min ağacın əkiləməsinə hazırlıq işlərinə başlanılmışdır.
17 oktyabr 2019-cu il tarixdə Parisdə UNESKO-nun baş qərargahında Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi təntənə ilə qeyd edilmişdir.
Tədbirdə AMEA-nın vitse-prezi¬den¬ti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli mütəfəkkir şairin zəngin ədəbi irsi, Azərbaycan ədəbiyyatında mövqeyindən danışıb. Ədibin yaradıcılığının Azərbaycan dilinin və ədəbiyyatının inkişafında mühüm yer tutduğunu deyən İsa Həbibbəyli müstəqillik dövründə Nəsimi irsinə yenidən qayıdışın böyük əhəmiyyət daşıdığını vurğulayıb. Alim Ədəbiyyat İnstitutu tərəfindən “Böyük Azərbaycan şairi İmadəddin Nəsimi” adlı monoqrafiya hazırlandığını, azərbaycanlı alimlərin Serbiya, Qazaxıstan, Qırğızıstan, Bolqarıstan və digər ölkələrdə şairə həsr olunmuş tədbirlərdə iştirak etdiklərini diqqətə çatdırıb.
İsa Həbibbəyli xatırladıb ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə İmadəddin Nəsiminin 600 illik yubileyi UNESKO-nun tədbirlər siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunub.
Tədbirdə İsa Həbibbəyli Ədəbiyyat İnstitutunun Nəsimi yaradıcılığı ilə bağlı nəşrlərini Suraxanı Rayon İcra Hakimiyyətinə hədiyyə edib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova isə rəhbərlik etdiyi ali təhsil müəssisəsində “Nəsimi ili” çərçivəsində həyata keçirilən tədbirlər haqqında məlumat verib. Bildirib ki, bu il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən mütəfəkkir şair İmadəddin Nəsimiyə ithaf olunan “Hüsnü-cəmal, əqli kamal” adlı bədii qiraət müsabiqəsi keçirilib. Bundan əlavə, universitet tərəfindən şairin qəzəlləri əsasında muğamlardan ibarət kompozisiya hazırlanıb.
Sonra Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı “Azərbaycan ədəbiyyatında Nəsimi mövzusu”, Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, dosent Fəridə Əzizova “İmadəddin Nəsiminin həyatı və mühiti”, Erkən yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, dosent Mahirə Quliyeva “Nəsiminin sənətkarlıq dünyası” mövzularında məruzələrlə çıxış ediblər.
Sonda Nəsimi filminin fraqmentləri əsasında hazırlanmış video çarx nümayiş edilmiş, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbə heyətinin təqdimatında bədii hissə təqdim olunmuşdur.
Suraxanı Rayonu Heydər Əliyev Mərkəzinin, rayon İcra Hakimiyyətinin, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və YAP Suraxanı Rayon Təşkilatının birgə təşkilatçılığı ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

 

 

 

Keçidlər