Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonun Hövsan qəsəbəsində növbəti səyyar qəbul-görüş keçirilmişdir

17 oktyabr 2019 | 16:00

17 oktyabr 2019-cu il tarixdə rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun Hövsan qəsəbə sakinləri ilə 280 nömrəli tam orta məktəbin akt zalında növbəti səyyar qəbul-görüşü olmuşdur. Görüşdə Azərbaycan Respublikası Prezident Administrasıyasının sektor müdiri Tağı Tağıyev, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak etmişdir.
Səyyar qəbul-görüşdə sakinlərə cari ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar barədə ətraflı məlumat verən rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirdi ki, Azərbaycan dövlətinin sosial sahədə, insanların rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlər davam edir.
Rayon rəhbəri sakinlərə ölkə başçısının yeni sosial paketi barədə tam dolğunluğu ilə məlumat verilərək vurğulanmışdır ki, dövlət başçısının iyunun 18-də imzaladığı 17 sərəncamla ilin əvvəlindən start götürən sosial islahatların ikinci mərhələsi başlamışdır. Bu mərhələdə minimum aylıq əməkhaqqı 250 manata çatdırılmış, hərbi və hüquq mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşları artırılmışdır. İkinci sosial paket çərçivəsində həyata keçirilən tədbirlər 1 milyon 350 min nəfər vətəndaşın əməkhaqqının artımına səbəb olmuşdur. Bu da ölkə üzrə muzdla işləyənlərin 80 faizini təşkil edir. Həmin insanlardan 1 milyonu dövlət, qalanları özəl sektorda işləyənlərdir. 750 min nəfərin pensiyasında artım baş vermişdir. Bu isə ölkədə ümumi pensiyaçıların təqribən 60 faizi deməkdir. Digər pensiyaçılara gəldikdə, 2020-ci ilin yanvarından bütün pensiyalar artacaq.
İlqar Abbasov sakinlərin diqqətinə çatdırmışdır ki, cari ilin oktyabr ayının 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında keçirilmiş iqtisadi müşavirədə cənab Prezident vurğulamışdır ki, minimum pensiyanın alıcılıq qabiliyyətinin səviyyəsinə görə Azərbaycan bu gün MDB məkanında birinci yerdədir. Orta aylıq pensiyanın həcminə görə isə üçüncü yerdədir. Rayon rəhbəri daha sonra qəbul edilmiş Dövlət Proqramlarının icrası nəticəsində Suraxanı rayonunda, o cümlədən Hövsan qəsəbəsində görülmüş işlər barədə sakinlərə məlumat verdi və  2019-2013-cü illəri əhatə edən dövlət proqramında icrası nəzərdə tutulmuş abadlıq-quruculuq işlərini sakinlərin diqqətinə çatdırdı. Rayon rəhbəri səyyar qəbul-görüşdə sakinləri narahat edən müxtəlif məsələlərə aydınlıq qətirdi, qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verdi və onların həlli nəzarətə götürüldü.

 

Keçidlər