Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda ahıl insanlar ziyarət olundu

02 oktyabr 2019 | 16:00

Suraxanı rayon İcra Hakimiyyətinin təşkilatçılığı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Suraxanı rayon şöbəsinin dəstəyi ilə rayon ərazisində yaşayan bir qrup ahıl insanlar ziyyarət olunub. Ziyarətdə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Afət Həsənova, Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin müdiri Elgüc Kələntərli iştirak edərək əlamətdar bayram münasibətilə ahılları təbrik edərək onların gündəlik qayğıları və problemləri ilə maraqlanıblar.
Ahıllar görüşün əhəmiyyətindən danışaraq belə bir gündə ziyarət edildikləri üçün sevincli olduqlarını bildiriblər. İşlədikləri illərləbağlı öz xatirələrini bölüşən ahıllar Vətənə, xalqa xidmət etməyin ən şərəfli peşə olduğunu bildiriblər.
Səmimi söhbət zamanı Afət Həsənova vurğulayıb ki, Suraxanı İcra Hakimiyyəti sosial-iqtisadi inkişafla bağlı davamlı olaraq müxtəlif lahiyyələr həyata keçirir. Belə faliyyətlərdən biri də xüsusi qayğıya ehtiyacı olan insanların, o cümlədən ahılların və tənhaların daim diqqətdə saxlanması, onların qarşılaşdıqları problemlərin həllidir. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşıb. Cənab Prezident İlham Əliyev tərəfindən ahıllara diqqət , qayğı və onların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə çoxlu sayda sərəncamlar imzalanıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da ahılların ən böyük qayğıkeşidir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ahıllar, müharibə veteranları ilə görüşlər keçirilir. Onların sağlamlıqları diqqətdə saxlanılır. Ziyarət olunan şəxslər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki,həyata keçirilən bu cür aksiyalar onların sosial rifahının yüksəlməsinə töhfə verməklə yanaşı, xoş əhval-ruhiyyə yaradır.
Ziyarət edilən hər bir ahıla ərzaq yardımı təqdim edilib.

Keçidlər