Şriftin ölçüsü :

Saytın rəngi :

16 sentyabr 2019-cu il tarixdə Suraxanı rayonunun bütün məktəblərində "Bilik günü" ilə bağlı tədbirlər keçirilmişdir.

16 sentyabr 2019 | 16:00

16 sentyabr 2019-cu il tarixdə Suraxanı rayonunun bütün məktəblərində "Bilik günü" ilə bağlı tədbirlər keçirilmişdir. Tədbirlərdə Rayon İcra Hakimiyyətinin məsul işçiləri iştirak edərək, şagirdləri “Bilik günü” münasibəti ilə təbrik etmiş, onlara yeni tədris ilində uğurlar arzu etmişlər.
Eyni zamanda,16 sentyabr 2019-cu il tarixdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı cənab İlqar Abbasov, Suraxanı rayonundan Milli Məclisin deputatı Ağacan Abıyev və digər qonaqlar rayonda əsaslı şəkildə yenidən qurulan 208 nömrəli tam orta məktəbdə "Bilik günü" münasibəti ilə təşkil olunmuş tədbirdə iştirak etmişlər.
Tədbirdə məktəbin direktoru Məlahət xanım Əsədova çıxış edərək yeni dərs ilində tədris binasının sökülərək yenidən inşa olunmasını, açılışda cənab Prezident İlham Əliyevin iştirak etməsini məktəb tarixi üçün əlamətdar bir hadisə olduğunu qeyd edərək, qarşıya qoyulan məqsədlərdən söz açmış, məktəb məzunlarının qəbul imtahanlarında göstərdikləri uğurlardan bəhs etmiş və Ölkə başçısına yaradılan şəraitə görə öz minnətdarlığını bildirmişdir.
Sonra rayon icra hakimiyyətinin başçısı cənab İlqar Abbasov çıxış edərək məktəbin müəllim və şagird kollektivini bu gün münasibətilə təbrik etmiş, onlara işlərində uğur və nailiyyətlər arzulamışdır.
Daha sonra tədbirdə iştirak edən Milli Məclisin deputatı, 208 nömrəli tam orta məktəbin fəxri məzunu Ağacan Abıyev çıxış edərək, keçmiş məktəb xatirələrindən söz açmış, rəssam Əbdülağa Babayev, şair Ramiz Rövşən, Tofiq Bayram, Teyyub Qurban, kimi məzunlar, alimlər, həkimlər, mühəndislər, müəllimlərin bu məktəbdə təhsil aldıqlarını bir daha vurğulamışdır.
Məktəbə ilk dəfə qədəm qoyan birincilər də öz ürək sözlərini şeir və mahnılarla bildirmişdirlər.

Keçidlər