Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda bayram tədbirləri

30 dekabr 2013 | 16:00

31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Suraxanı rayonunda silsilə bayram tədbirləri keçirilir.
Növbəti belə tədbir rayondakı Heydər Əliyev Mərkəzində olmuşdur. Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə bu mərkəzdə aztəminatlı, şəhid, məcburi köçkün ailələrindən olan sakinlərlə keçirilən görüşə gələn Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov onları bayramlar münasibətilə təbrik etmiş və yeni ildə xalqımıza xoş güzəran, ruzi-bərəkət, firavanlıq, əmin-amanlıq arzulamışdır.
Natiq bildirmişdir ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü  Azərbaycan xalqənın  birlik şüarının simvolik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. 16 dekabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri,  ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq hər il dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi...
Görüşdə çıxış edən sakinlər göstərilən diqqət və qayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını bildirmişlər. Sonra  bir qurup aztəminatlı, şəhid, məcburi köçkün ailələrindən olan sakinlərə bayram sovqatı verilmişdir.
Daha sonra bayram tədbiri Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Heydər Əliyev Fondu tərəfindən  inşa olunmuş xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Reabilitasiya mərkəzində davam etdirilmişdir. Bayram şənliyində uşaqları təbrik edən Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov onları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik etmişdir. Natiq çıxışında gənc nəslə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışmış, dövlətimizin başçısı cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xüsusi qayğıya ehtiyacı olan uşaqları daim diqqət mərkəzində saxladığını vurğulamışdır.
Bayram şənliyində çıxış edən valideynlər göstərdikləri qayğıya, uşaqların sağlamlığı uğrunda sərf etdikləri əməyə görə ölkəmizin başçısı Prezidenti İlham Əliyevə,  Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya razılıqlarını dilə gətirdilər.
Şənlikdə Şaxta baba, Qar qız və klounların çıxışları uşaqlara unudulmaz anlar yaşatdı.
Tədbirin sonunda “McDonalds” şirkətinin göndərdiyi yeməklər uşaqlara paylanıldı. Bayram tədbirində Səttar Bəhlulzadə adına mədəniyyət sarayının bədii kollektivi konsert  proqramı ilə çıxış etdi. Uşaqlar arasında müxtəlif yarışlar təşkil olundu.
Belə  bayram tədbirləri rayon icra hakimiyyətinin təşkilatçılığı ilə əqli cəhətdən qüsurlu uşaqlar üçün 7 nömrəli internat məktəbində və  2 nömrəli uşaq evində də təşkil olunmuşdur.
Tədbirlər planına uyğun olaraq qarşıdakı günlərdə də rayonda bayram tədbirləri davam etdiriləcəkdir.

Keçidlər