Şriftin ölçüsü :

Saytın rəngi :

Latviyanın Yekabpils şəhəri ilə Bakı şəhərinin Suraxanı rayonu arasında qarşılıqlı əməkdaşlıq sazişinə əsasən dostluq və işgüzar əlaqələr davam etdirilir

02 sentyabr 2019 | 16:00

Latviyanın Yekabpils şəhəri ilə Bakı şəhərinin Suraxanı rayonu arasında qarşılıqlı əməkdaşlıq sazişinə əsasən 2012-ci ildən dostluq və işgüzar əlaqələr davam etdirilir. 350 illik tarixi olan Yekabpils şəhəri Latviyanın iri şəhərlərindən biri hesab olunur və geniş əlaqəli beynəlxalq əməkdaşlıq aparır.
Dostluq və işgüzar əlaqələrin daha da gücləndirilməsi, təcrübə mübadiləsi və yeni layihələrin icrası ilə bağlı görüşlərin keçirilməsi məqsədi ilə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Afət Həsənovanın rəhbərlik etdiyi nümayəndə heyəti Latviyanın Riqa və Yekabpils şəhərlərinə səfərə gəlmişdir. Səfər 02-08 sentyabr tarixlərini əhatə edir.
Nümayəndə heyəti səfərin ilk günü Yekabpils şəhərinin meri Ayvars Karps ilə görüşmüş, Bakı şəhərinin Suraxanı rayonu və Yekabpils şəhəri arasında perspektiv əməkdaşlıq imkanları müzakirə edilmiş, sonra isə cari ilin 6 iyul tarixində şəhər sakinlərinin sevimli istirahət yeri olan Dauqava çayının sahilində təntənəli açılışı olmuş Azərbaycan guşəsi ilə tanış olmuşlar.
Məlumat üçün bildirək ki, bu günə qədər Yekabpils şəhərinin qardaşlaşdığı yeddi şəhərdən dördünün - Almaniyanın Melme, Belarusiyanın Lido, Polşanın Sokolov-Podlaski və Çervonika Lesçayna şəhərlərinin şərəfinə istirahət guşələri yaradıldılmışdır. Xüsusi tərtibatla salınmış istirahət guşələrində həmin şəhərlər və mənsub olduqları ölkələr haqqında məlumatlar öz əksini tapır. Məlumatlar latış, rus, ingilis və həmin ölkələrin dilindədir.
Özünəməxsusluğu ilə seçilən növbəti, beşinci guşə isə Azərbaycana həsr olunmuşdur. Guşədə Azərbaycanın qədim tarixi abidələrinin, yeni əzəmətli tikililərinin görüntülərinin əks olunması ilə yanaşı ölkəmiz haqqında latış, rus, ingilis və azərbaycan dillərində məlumat yerləşdirilmişdir. Ölkəmiz haqqında məlumatın verilməsi Yekabpils sakinlərində ölkəmizə qarşı xüsusi maraq yaradacaqdır. Guşənin yanında Suraxanı rayonunun Qaraçuxur qəsəbəsinə istiqamətlənmiş nişan da quraşdırılmışdır.

Keçidlər