Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Yeni Suraxanı qəsəbəsində növbəti səyyar qəbul-görüş keçirilmişdir

29 avqust 2019 | 16:00

29 avqust 2019-cu il tarixdə rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun Yeni Suraxanı qəsəbəsində 89 nömrəli tam orta məktəbin akt zalında sakinlərlə növbəti səyyar qəbul-görüşü olmuşdur. Görüşdə dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov sakinlərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən cari ildə qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar, eyni zamanda problemli kreditlər sahəsində vətəndaşların maliyyə yükünün azaldılması və müavinətlərin artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə tam dolğunluğu ilə məlumat vermişdir.
Sonra Suraxanı rayonunda, o cümlədən Yeni Suraxanı qəsəbəsində görülməsi nəzərdə tutulan abadlıq-quruculuq işləri haqqında səyyar qəbul-görüşün iştirakçılarına məlumat verən rayon rəhbəri sakinləri narahat edən müxtəlif məsələlərə aydınlıq qətirdi, müvafiq izahatlar verildi və qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verdi və onların həlli nəzarətə götürüldü.

Keçidlər