Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda Qurban bayramı geniş qeyd edilmişdir

12 avqust 2019 | 16:00

Müsəlman dünyasının ən əziz bayramlarından biri olan Qurban bayramı Suraxanı rayonunda da geniş qeyd edilmişdir. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 6 mindən yuxarı  ailəyə, o cümlədən Qarabağ müharibəsi əlillərinə, Böyük Vətən Müharibəsi iştirakçılarına, şəhid və aztəminatlı ailələrə, ahıl və tənha sakinlərə, rayonda məskunlaşmış məcburi köçkünlərin bir qisminə qurban sovqatı paylanmışdır.
Təşkil olunmuş bayram tədbirlərində qeyd edilmişdir ki, ölkəmizdə Qurban bayramı hər il dövlət səviyyəsində böyük təntənə ilə qeyd edilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Qurban bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik etmişlər.
Möhtərəm Prezidentimiz bayram təbrikində vurğulamışdır: “Azərbaycanda bütün dini bayramlar, o cümlədən Qurban mərasimləri hər il böyük təntənə və yüksək əhval-ruhiyyə ilə keçirilir. Bu günlər dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir, xeyriyyəçilik işləri görülür, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur. Ümidvaram ki, bütün xeyirxah niyyətləriniz, dua və diləkləriniz gerçəkləşəcək, Uca Yaradanın mərhəməti heç zaman xalqımızın üstündən əskik olmayacaqdır.”

 

Keçidlər