Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Zığ qəsəbəsində növbəti səyyar qəbul-görüş keçirilmişdir

07 avqust 2019 | 16:00

8 avqust 2019-cu il tarixdə rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun Zığ qəsəbəsində sakinlərlə Zığ mədəniyyət evinin akt zalında növbəti səyyar qəbul-görüşü olmuşdur. Görüşdə dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, Zığ qəsəbəsi İƏD üzrə nümayəndəsi, bələdiyyə sədri iştirak etmişdir.
Səyyar qəbul-görüş sakinlərədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən cari ildə qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar barədə məlumat verilərək bildirilmişdir ki, olkəmiz sürətlə inkişaf edir, həyatımızın bütün sahələrində böyük uğurlar əldə edilir. Azərbaycanda həyata keçirilən uğurlu dövlət siyasətinin mərkəzində insan amili dayanır, reallaşdırılan islahatlar insanların sosial rifahının daha da yaxşılaşdırılmasına, sosial müdafiəsinin  təmin edilməsinə istiqamətlənib.
İlin əvvəlindən yüzminlərlə vətəndaşa şamil edilən addımlar sırasında minimum əmək haqqının və pensiyaların, tələbələrin təqaüdlərinin artırılması, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılması, 12 mindən çox şəhid vərəsəsinə 11 min manat birdəfəlik vəsaitin ödənilməsi, məcburi köçkünlərin və şəhid ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, yüzlərlə çoxmənzilli binalarda mənzillərin sənədləşdirilməsi, xarici valyutada kredit almış vətəndaşların banklar qarşısında öhdəliklərinin ödənilməsində dövlət tərəfindən dəstək göstərilməsi, məcburi köçkünlər üçün vahid aylıq müavinətlərin artırılması haqqında və digər bu kimi sərəncamların imzalanması bir daha sübut edir ki cənab İlham Əliyev güclü sosial siyasəti daim diqqət mərkəzində saxlayır və aztəminatlı vətəndaşlara dövlət həmişə öz yardımını göstərəcəkdir.
Sonra Suraxanı rayonunda, o cümlədən Zığ qəsəbəsində görülməsi nəzərdə tutulan abadlıq-quruculuq işləri haqqında səyyar qəbul-görüşün iştirakçılarına məlumat verən rayon rəhbəri sakinləri narahat edən müxtəlif məsələlərə aydınlıq qətirdi, müvafiq izahatlar verildi və qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verdi və onların həlli nəzarətə götürüldü.

 

Keçidlər