Suraxanı rayonun Əmircan qəsəbəsidə növbəti səyyar qəbul-görüş keçirilmişdir
27 iyun 2019-cu il tarixdə rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun Əmircan qəsəbəsində Atamoğlan Rzayev küçəsində yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüşü olmuşdur. Görüşdə dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, Əmircan qəsəbəsi İƏD üzrə nümayəndəsi, Bələdiyyə sədri iştirak etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov sakinlərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən carin ilin fevral ayında qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar barədə ətraflı məlumat verərək bildirdi ki, Azərbaycan dövlətinin sosial sahədə, insanların rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlər davam edir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2019-cu il iyunun 18-də imzaladığı yeni sərəncamları ilə minimum əməkhaqqının, eləcə də bir sıra sahələrdə çalışan işçilərin aylıq vəzifə maaşlarının artırılması bunun daha bir təsdiqidir.
İlqar Abbasov sakinlərə ölkə başçısının yeni sosial paketi barədə tam dolğunluğu ilə məlumat verdikdən sonra qəbul edilmiş Dövlət Proqramlarının icrası nəticəsində Suraxanı rayonunda, o cümlədən Əmircan qəsəbəsində görülmüş işlər barədə danışdı və görülməsi nəzərdə tutulan abadlıq-quruculuq işlərini sakinlərin diqqətinə çatdırdı. Rayon rəhbəri səyyar qəbul-görüşdə sakinləri narahat edən müxtəlif məsələlərə aydınlıq qətirdi, qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verdi və onların həlli nəzarətə götürüldü.