Suraxanı rayonun Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “V” yaşayış sahəsində növbəti səyyar qəbul-görüş keçirilmişdir
20 iyun 2019-cu il tarixdə rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “V” yaşayış sahəsində yaşayan sakinlərlə 278 nömrəli tam orta məktəbin akt zalında növbəti səyyar qəbul-görüşü olmuşdur. Görüşdə dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, Qaraçuxur qəsəbəsi İƏD üzrə nümayəndəsi, Bələdiyyə sədri iştirak etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov sakinlərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən carin ilin əvvəlində qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar barədə ətraflı məlumat verərək bildirdi ki, Azərbaycan dövlətinin sosial sahədə, insanların rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlər davam edir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2019-cu il iyunun 18-də imzaladığı yeni sərəncamları ilə minimum əməkhaqqının, eləcə də bir sıra sahələrdə çalışan işçilərin aylıq vəzifə maaşlarının artırılması bunun daha bir təsdiqidir.
İlqar Abbasov sakinlərə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yeni sosial paketi barədə tam dolğunluğu ilə məlumat verdikdən sonra Suraxanı rayonunda, o cümlədən Qaraçuxur qəsəbəsində görülməsi nəzərdə tutulan abadlıq-quruculuq işləri haqqında danışdı. Rayon rəhbəri səyyar qəbul-görüşdə sakinləri narahat edən müxtəlif məsələlərə aydınlıq qətirdi, qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verdi və onların həlli nəzarətə götürüldü.