Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda “15 iyun – Milli Qurtuluş günü” münasibəti ilə konfrans keçirilmişdir

15 iyun 2019 | 16:00

Suraxanı rayonunda “15 iyun – Milli Qurtuluş günü” münasibəti ilə silsilə tədbirlər keçirilmişdir. “15 iyun – Milli Qurtuluş Günü” münasibəti ilə Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı Şəhər Mədəniyyət İdarəsinin və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Suraxanı Rayonu Heydər Əliyev parkında tanınmış incəsənət ustalarının iştirakı ilə konsert olmuşdur. Konsertdə rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, YAP Suraxanı Rayon Təşkilatı İdarə Heyətinin üzvləri, 2 mindən yuxarı rayon sakini iştirak etmişdir.
Novbəti tədbir “Müstəqilliyimizi şərəfləndirən şanlı tarix” mövzusunda konfrans Suraxanı Rayonu Heydər Əliyev Mərkəzi, Suraxanı Rayon İcra Hakimiyyəti və YAP Suraxanı Rayon Təşkilatı tərəfindən təşkil olunmuşdur.
Suraxanı rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, rayon ziyalıları və ictimaiyyətin nümayəndələri əvvəlcə Ümummilli Liderin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etmiş, Suraxanı Rayonu Heydər Əliyev Mərkəzi ilə, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Poçt markaları və kitab sərgiləri ilə tanış olmuş və Mərkəzin sifarişi ilə hazırlanmış “Xilaskar” filminə baxmışlar.
Dövlət himni səsləndirildikdən sonra konfransda məruzə ilə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etmişdir ki, 15 iyun – Milli Qurtuluş günü Milli dövlətçilik tariximizdə olduqca əlahiddə əhəmiyyət daşıyır. 26 il öncə geçəkləşən bu tarixi məqam xaosdan tərəqqiyə keçidin təməlini təşkil etməklə yanaşı, mövcudluğunun ən qüdrətli dövrünü yaşayan Müstəqil Azərbaycan Respublikasının bütün uğurlarının, əldə etdiyi nailiyyətlərin zəminidir. 1993-cü ilin ağrı-acılı iyun günlərində vətəndaş qarşıdurmasının, Azərbaycan dövlət müstəqilliyinin itirilməsinin və parçalanmasının qarşısının alınması məhz Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
1993-cü ilin iyununda xalqın təkidi ilə Ulu Öndər yenidən hakimiyyətə gəlməsəydi, bugüngü müstəqil Azərbaycanın varlığından danışmaq çətin ki mümkün olacaqdı.
Ulu Öndərin 1993-cü il iyunun 15-də ölkənin ali qanunvericilik orqanına sədr seçilməsi sözün əsl mənasında siyasi qayıdış idi. Heydər Əliyevin xilaskarlıq missiyası ilə gəlişi dövlətçilik tariximizin şanlı səhifəsinə daha bir şərəfli gün yazdı. 15 iyun tarixə Milli Qurtuluş Günü kimi daxil oldu. Azərbaycanın işıqlı gələcəyinə yol açan 15 iyun haqlı olaraq əsl qurtuluş, xalqımızın fəlakətlərdən xilas olub qüdrətli bir dövlətin bünövrəsinin qoyulduğu gün kimi müasir tariximizə qızıl həflərlə yazılmışdır. Bu günü xalqımız hər il böyük sevinc və coşqu ilə qeyd edir. Bu müqəddəs günü tarixə yazan isə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevdir.
Tarix Heydər Əliyevi yaratdı, Heydər Əliyev isə tarix yazdı.
Ulu Öndərin xilas etdiyi, nəfəs verdiyi Azərbaycan bu gün onun ideyalarından nur alaraq gələcəyə döğru inamla addımlayır. Ümummilli Liderin siyasi kursunun, yaratdığı dövlətçilik ənənələrinin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan sürətlə inkişaf edir, güclənir, qazandığı uğurlarla regionun qüdrətli, aparıcı və əsas söz sahibi olan bir dövlət kimi nüfuzunu artırır. Azərbaycan dövlətinin 2003-cü ildən bəri qzandığı uğurlar, keçdiyi möhtəşəm inkişaf yolu göstərir ki, Heydər Əliyev siyasi kursu yaşayır, Ulu Öndərin ideyaları hər bir sahədə real həyata vəsiqə alır.
Azərbaycan xalqının Ümummilli Lİderi Heydər Əliyev böyük qayıdışı ilə Azərbaycanı uçurumdan qurtardı, möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu ölkəni tarixinin ən qüdrətli dövlətinə çevirdi və bu gün Azərbaycan hərtərəfli inkişaf üstündə qurulmuş ölkə kimi tarixi yolunu inamla davam etdirir.
Rayon rəhbəri qeyd etmişdir ki, amma bir an da olsun unutmaq olmaz ki, hələ də dünyada hegemonluq etmək istəyən dövlətlər, müxtəlif mərkəzlər, o cümlədən erməni lobbiçiliyini həyata keçirənlər bu siyasəti həzm edə bilmirlər. Azərbaycanın uğurlarını görmək istəməyən antiazərbaycançı şəbəkə Dağlıq Qarabağ münaqişəsinin həllində də ədaləti görməzliyə vurmaqla, işğalçının tərəfini saxlamaqla, erməni təəssübkeşliyindən çıxış edərək əsl xislətlərini ortaya qoyur.
Müstəqilliyinin 28-ci ilini yaşayan Azərbaycan, xüsusən dinamik inkişaf mərhələsinə qədəm qoyduğu son dönəmdə xeyli uğura imza atıb. Və hər dəfə də ölkəmiz hansısa beynəlxalq tədbir ərəfəsində olanda antiazərbaycançı şəbəkə fəallaşır, Azərbaycanda daxili sabitliyi pozmağa, xaos yaratmağa cəhdlər edir. Amma bu cəhdlərin hamısı elə ilk addımda iflasa uğrayır.
Çünki Azərbaycanda güclü xalq-iqtidar birliyi mövcuddur. Bu birliyi heç bir qüvvə sarsılda bilməz. Azərbaycan cəmiyyəti xarici dairələrin planlarının məkrli olduğunu, son nəticədə hansı məqsədə xidmət etdiyini gözəl bilir.
Ona görə Azərbaycan daxilində vəziyyəti gərginləşdirməyə nail ola bilməyən antiazərbaycançı şəbəkə son vaxtlarda informasiya müharibəsini genişləndirib. Azərbaycanın demokratik imicinə zərbə vurmaq niyyəti ilə Avropa ölkələrində çıxan mətbuat orqanlarında sifarişli yazılar dərc edilir, müxtəlif siyasi güclərin təsiri altında olan beynəlxalq qeyri-hökumət təşkilatları ölkəmizdəki insan hüquqlarının vəziyyəti ilə bağlı obyektivlikdən uzaq bəyanatlar verir, sosial şəbəkələrdə sapı özümüzdən olan, azərbaycanlı adını daşımağa layiq olmayan ünsürlər vasitəsi ilə ölkəmizdə sabitliyi pozmağa çalışırlar.
Əgər indiyədək antiazərbaycançı cəhdlərin hamısı elə ilk addımdaca iflasa uğrayıbsa, bundan sonra da bu cür olacaq. Çünki güclü və qüdrətli Azərbaycanda hansısa antimilli planın baş tutması sadəcə mümkün deyil. Çünki Azərbaycanda həyata keçirilən siyasətin mayasında dövlətin və xalqın mənafeləri dayanır.
Azərbaycanın uğurları göz önündədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizi Milli Qurtuluşdan yeni İntibaha çatdıran görkəmli dövlət xadimidir. Azərbaycan Respublikasının beynəlxalq aləmdə mövqeləri daha da genişlənir, möhkəmlənir, ölkəmizin tərəfdaşları və dostları çoxalır.
İlqar Abbasov xüsusi vurğulamışdır ki, bütün bu uğurların qazanılmasında, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin ideyalarının ölkəmizdə gerçəkləşməsində möhtərəm Prezidentimiz cənab  İlham Əliyevlə birgə fəal iştirak edən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri vardır. Bu günlərdə fəaliyyətə başlamasının 15 illiyini qeyd etdiyimiz Heydər Əliyev Fondu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında Ulu Öndərin zəngin dövlətçilik irsinin təbliğində, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında, milli-mənəvi dəyərlərimizin, ölkəmizdə gedən inkişafın dünyaya təqdim olunmasında müstəsna xidmətlər göstərir. Azərbaycanda və dünyada humanitar, həmçinin sosial problemlərin həlli, yoxsul və ehtiyacı olan insanlara maddi və mənəvi dəstək, səhiyyə, təhsil, mədəniyyət sahələri üzrə irimiqyaslı layihələri reallaşdırır, qaçqın və məcburi köçkünlərin üzləşdikləri problemlərin həllinə daim diqqətlə yanaşır.
Konfransda çıxış edən Milli Məclisin deputatları Sevinc Fətəliyeva, Ağacan Abiyev, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov qeyd etdilər ki,  Azərbaycan xalqının Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyununda Bakıya gəlişi Azərbaycanı qurtuluşa, xilasa və müstəqil dövlətçiliyə aparan yolun başlanğıcı kimi tarixə düşmüşdür. Bu dahi insanın adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib. Həyat və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət, sədaqət meyarı olub.
Sonda Ulu Öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi məqsədi ilə Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində rayonun tam orta məktəblərində təhsil alan 9-11-ci sinif şagirdlərinə “Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda keçirilən  açıq dərslərin tədrisində fərqlənən müəllimlər rayon İcra Hakimiyyəti başçısının Fəxr Fərmanı ilə təltif olundular, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-ci ildönümü münasibəti ilə məktəblilər arasında keçirilmiş rəqsm müsabiqəsində fərqlənən şagirdlərə rayon İcra Hakimiyyəti başçısının Təşəkkürnaməsi, rayon İcra Hakimiyyəti başçısı aparatında konüllü kimi fəaliyyət göstərmiş bir qrup könüllüyə Şəhadətnamə, Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olmuş bir qrup gəncə isə partiyanın üzvlük vəsiqəsi təqdim edildi.

Keçidlər