Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Hövsan qəsəbəsində növbəti səyyar qəbul-görüş keçirilmişdir

07 iyun 2019 | 16:00

7 iyun 2019-cu il tarixdə rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi 8 və 9 ünvanda yaşayan sakinlərlə 281 nömrəli tam orta məktəbin akt zalında növbəti səyyar qəbul-görüşü olmuşdur. Görüşdə Hövsan qəsəbəsi İƏD üzrə nümayəndəsi, Bələdiyyə sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov sakinlərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən carin ilin əvvəlində qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar, eyni zamanda problemli kreditlər sahəsində vətəndaşların maliyyə yükünün azaldılması və müavinətlərin artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə tam dolğunluğu ilə məlumat vermişdir.
Sonra Suraxanı rayonunda, o cümlədən Hövsan qəsəbəsində görülməsi nəzərdə tutulan abadlıq-quruculuq işləri haqqında səyyar qəbul-görüşün iştirakçılarına məlumat verən rayon rəhbəri sakinləri narahat edən müxtəlif məsələlərə aydınlıq qətirdi, müvafiq izahatlar verildi və qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verdi və onların həlli nəzarətə götürüldü.

\

Keçidlər