Suraxanı Rayon İcra Hakimiyyətinin kollektivi Ulu Öndər Heydər Əliyevin anım günü münasibət ilə Heydər Əliyev Mərkəzində olublar
Suraxanı Rayon İcra Hakimiyyətinin kollektivi Ulu Öndər Heydər Əliyevin anım günü münasibət ilə Heydər Əliyev Mərkəzində olublar. Heydər Əliyev Mərkəzində Ulu Öndərin adını daşıyan Muzeyin istifadəyə verilməsi dahi şəxsiyyətin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atılan mühüm addımlardan biridir.
Suraxanı Rayon İcra Hakimiyyətinin başcısı İlqar Abbasov və İcra hakimiyyətini kolelektivi muzeylə tanış olublar. Muzeydə Ümummilli Lider Heydər Əliyevin həyat yolu, Ulu Öndər barədə maraqlı faktlar, foto və videomateriallar vasitəsilə təqdim olunur. Muzeydə Ümummilli Liderin hərbi və mülki geyimləri, o cümlədən onun iş masası sərgilənir. Tədbir iştirakçıları 1969-cu ildən 2003-cü ilədək Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərə baxıblar. Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin, onun xalqımıza yadigar qoyduğu zəngin irsin yüksək səviyyədə təqdim edildiyi Muzeydəki hər bir eksponat da təsdiqləyir ki, tarix yaratdığı dahi insanların ideyalarının və əməllərinin üzərində qərar tutur.
Xalqımızın Ümummilli Liderinin xatirəsinin əbədiləşdirildiyi muzeydə Azərbaycan tarixinin və Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunmasına xüsusi diqqət yetirilib. Burada toplanan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır. Dahi şəxsiyyətin müxtəlif illərdə təltif olunduğu orden və medallar ekspozisiyanın ən qiymətli nümunələri sırasındadır. Muzey forma ilə yanaşı, məzmun orijinallığı ilə də seçilir. Burada materiallar iki paralel kontekstdəverilir. Ziyarətçilərə Ümummilli Lider Heydər Əliyevin 1923-cü ildən 2003-cü ilədək ömür yolu ilə yanaşı müxtəlif tarixi dövrlərdə Azərbaycanın ictimai-siyasi həyatında, mədəniyyət, iqtisadiyyat, idman sahələrində baş verən önəmli hadisələr barədə məlumatlar çatdırıldı. Muzey forma ilə yanaşı, məzmun orijinallığı ilə də seçilir. Hər bir mövzuya aid materiallar səsli formada həm Azərbaycan, həm də ingilis dilində verilir.