Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunun Əmircan qəsəbəsində növbəti səyyar görüş-qəbul keçirilmişdir

17 may 2019 | 16:00

Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun Əmircan qəsəbəsində 114 nömrəli tam orta məktəbin akt zalında sakinlərlə növbəti səyyar görüş-qəbulu olmuşdur. Görüşdə dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, Əmircan qəsəbəsi İƏD üzrə nümayəndəsi, Bələdiyyə sədri iştirak etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov əvvəlcə sakinlərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar barədə tam dolğunluğu ilə məlumat vermişdir.
Rayon rəhbəri, eyni zamanda cari ilin ötən dövrü ərzində rayonda görülmüş işlər və görülməsi nəzərdə tutulmuş abadlıq-quruculuq işləri barədə də sakinlərə məlumat vermiş, sakinlərin şikayət və təklifləri dinlənilmişdir. Sakinlər həllini gözləyən problemlər barədə danışmışlar.
Səyyar görüş-qəbulda sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq qətirilmiş, müvafiq izahatlar verilmiş və qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilmiş və onların həlli nəzarətə götürülmüşdür.

Keçidlər