Suraxanıda 10 milyonuncu sakinin dünyaya gəlməsi münasibəti ilə ağacəkmə aksiyası keçirilmişdir
07 aprel 2019 | 16:00
2019-cu il aprelin 6-da Ağdərə rayonunun sakinləri, hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi Suraxanıda silsilə tədbirlərlə qeyd edilmişdir.
Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, YAP Suraxanı Rayon Təşkilatının fəallları, ictimaiyyətin nümayəndələri Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə əvvəlcə Neftçilər parkında 300 ağac əkmişdir. Aksiyada 240 nəfər iştirak etmişdir.