Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Oftalmologiya Mərkəzinin Hövsanda keçirdiyi aksiya zamanı 172 nəfər müayinə edilib

05 aprel 2019 | 16:00

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası növbəti aksiyasını aprelin 5-də Suraxanı rayonunun Hövsan qəsəbəsində keçirib.
Mərkəzin elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən AZƏRTAC-a bildiriblər ki, aksiya zamanı 172 nəfər müayinə olunub. Müayinədən keçənlərdə ən çox katarakta, astiqmatizm, presbiopiya, miopiya, çəplik, diabetik retinopatiya, quru göz sindromu aşkarlanıb. Onlara mərkəzin mütəxəssisləri öz tövsiyələrini veriblər.
Qeyd edək ki, hazırda dünyada 300 milyon nəfər müxtəlif göz problemlərindən, 40 milyondan çoxu isə korluqdan əziyyət çəkir. Bu rəqəm hər il 45 mindən başlayaraq həndəsi silsilə ilə artmaqda davam edir. Vaxtında müayinə və müalicə etməklə korluq hallarının 80 faizinin qarşısını almaq mümkündür. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi respublikada korluğun qarşısının alınması üçün tədbirlər görür.

Keçidlər