Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda bu günədək 101 min 930 nəfər müayinədən keçib

04 aprel 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il fevralın 11-dən mayın 1-nədək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığı rayonda böyük ruh yüksəkliyi ilə icra olunur. Rayon İcra Hakimiyyəti başçısının  05 fevral 2019-cu il tarixli  27  nömrəliı sərəncamı ilə tibbi müayinənin yüksək səviyyədə, operativ təşkil edilməsi məqsədi ilə rayon İcra Hakimiyyətində komissiya yaradılmış,  rayon ərazisində yerləşən müəssisə və idarələrin kollektivlərinin tibbi müayinədənkeçmə qrafiki tərtib olunmuşdur. Rayon ərazisində fəliyyət göstərən 4 xəstəxanada, 4 poliklinikada və 1 ambulatoriyada 10 fevral tarixdən əhalinin pulsuz tibbi müayinəsi keçirilir.
Suraxanı rayonu üzrə 166 min 220 nəfər (18 yaşdan yuxarı) sakinin və rayonda məskunlaşan 14 min 448 nəfər (18 yaşdan yuxarı) məcburi köçkünün  tibbi müayinədən keçirilməsi nəzərdə tutulub. Hər bir vətəndaş yaşadığı əraziyə yaxın olan tibb müəssisələrində müayinə olunur. Bu günə qədər Suraxanı rayon üzrə 101930 nəfər və 89 müəssisənin kollektivi tibbi müayinədən keçib. Onlardan  2870 nəfərində müxtəlif xəstəliklər aşkarlanıb, 132 nəfər stasionar müalicəyə cəlb edilib, 125 nəfər təkrar müayinə və müalicə olunmaq üçün paytaxtın müxtəlif xəstəxanalarına göndərilib.
Tibb müəssisələrində işləyən həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Bu briqadalar məktəblərdə, uşaq bağçalarında və poliklinikaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərirlər. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir.
Rayonda əhalinin tibbi müayinəsinin aparıldığı müəssisələrdən biri də Qaraçuxur qəsəbəsində yerləşən 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasıdır. Bu səhiyyə ocağının poliklinika hissəsində Suraxanının idarə və müəssisələrində, təhsil ocaqlarında çalışanların, habelə pensiyaçıların tibbi müayinəsinə xüsusi önəm verilir. Rayon sakinlərinin mütəşəkkil surətdə tibbi müayinələrə cəlb olunmaları tədbirin yüksək səviyyədə təşkilindən xəbər verir.
Xəstəxananın baş həkimi Ramella Quliyeva bildirib ki, əhalinin sağlamlığının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkarlanaraq insanların müalicəyə cəlb olunması məqsədilə keçirilən bu aksiya hamının ürəyincədir. Xəstəliklərin ilkin dövrdə aşkar olunması, xəstələrin dispanser qeydiyyatına götürülməsi sonrakı dövrlərdə onların müayinə və müalicəsində böyük əhəmiyyət kəsb edir.
Əhalinin müayinəsi tərtib edilmiş qrafikə əsasən aparılır. Sakinlər, əvvəlcə terapevt tərəfindən müayinə olunur, sonra isə ehtiyac yarandığı halda onlar cərrah, oftalmoloq, nevropatoloq, stomatoloq və digər ixtisaslı həkimlər tərəfindən müayinə edilirlər.
Tibbi müayinə başlayandan indiyə kimi xəstəxanada 12 min 138 nəfər tibbi müayinədən keçib. Onların 527 nəfərində xəstəlik aşkar olunub,   8 nəfər stasionar müalicəyə cəlb edilib. Eyni zamanda, 1400 nəfərdən labarotor analiz götürülüb, 208 nəfər EKQ, 1026 nəfər rentgen müayinələrindən və 174 nəfər isə UZİ müayinəsindən keçib.
Rayonun sakinləri tibb müəssisələrinin  tibbi  heyyətindən, burada yaradılan şəraitdən razıdırlar. Əhali vətədaşların qayğısına diqqətlə yanaşdığına görə dövlət başçısının bu təşəbbüsünü alqışlayırlar və bildirirlər ki, genefonumuzun qorunmasına, eləcədə ölkə vətəndaşlarının sağlamlıqlarının təmin olunmasına xidməd edən bu aksiya bir daha sübut edir ki, cənab İlham Əliyev hər bir azərbaycan vətəndaşının sağlamlığının qayğısına qalır.

Keçidlər