Suraxanıda Azərbaycan təhlükəsizlik orqanlarının 100 illiyi qeyd edildi
Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi münasibəti ilə Suraxanı rayonunda tədbir keçirilmişdir.
Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, Dövlət Təhlükəsizliyi Xidmətinin Suraxanı Rayon İdarəsinin bir qrup əməkdaşı, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri, ictimaiyyətin nümayəndələri əvvəlcə Dövlət Təhlükəsizliyi xidmətinin Heydər Əliyev adına Akademiyasında Ulu Öndərin abidəsini ziyarət etmiş, orada fəaliyyət göstərən “Şöhrət” muzeydəki materiallarla, eksponatlarla tanış olmuşlar.
Ulu Öndərin Suraxanı Rayonu Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etdikdən sonra tədbir iştirakçıları Suraxanı Rayonu Heydər Əliyev Mərkəzi ilə tanış olmuş və Mərkəzinin elektron lektoriya zalında dövlət himninin səsləndirilməsi ilə tədbir davam etdirilmişdir.
Dünya miqyaslı siyasətçi, sağlığında əfsanəviləşən, haqq dünyasına qovuşduqdan sonra bu dünyanın fəlsəfəsinə, hikmət qaynağına çevrilən Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyünü təmin olunması yolunda şəhid olmuş oğul və qızlarımızın, xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına dünyasını dəyişmiş təhlükəsizlik orqanları əməkdaşlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmoşdir.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi münasibəti ilə Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyətini və təhlükəsizlik orqanlarının veteranlarını təbrik etmiş, ölkəmizin milli maraqlarının, mənafelərinin etibarlı təmin olunması və qorunması istiqamətindəki dəyərli fəaliyyətlərində uğurlar arzulmışdır.
Rayon rəhbəri qeyd etmişdir ki, təhlükəsizlik orqanlarının fəaliyyətinin böyük bir dövrü Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin Azərbaycan qarşısında ən böyük xidmətlərindən biri də siyasi tariximizdə ilk dəfə təhlükəsizlik orqanlarının milliləşdirilməsinə nail olmasıdır.
Ulu Öndər ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra təhlükəsizlik orqanlarının fəaliyyətinə qayğı ilə yanaşmış, bu qurumların texniki təchizatının təmin edilməsi, sovet dövründə formalaşmış peşəkar kadrların qorunması ilə yanaşı, həm də yeni gənc personalın yetişdirilməsi məsələsi də daim onun diqqət mərkəzində olmuşdur. Ümummilli Liderin Fərmanı ilə 1998-ci ildə Milli Təhlükəsizlik Akademiyası təsis edilmişdir.
Heydər Əliyev siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Dövlətimizin başçısının göstərişi ilə ölkənin milli təhlükəsizlik konsepsiyası hazırlanaraq qəbul edilmişdir. Konsepsiya dövlətimizin müstəqilliyini, ərazi bütövlüyünü, Konstitusiya quruluşunu, xalqın və ölkənin milli maraqlarını daxili və xarici təhdidlərdən qorumağa yönəlmiş siyasətin məqsəd, prinsip və yanaşmalarının müəyyən edilməsi məqsədilə hazırlanmışdır və təhlükəsizlik sisteminin XXI əsrin çağırışlarına cavab verəcək səviyyədə inkişaf etdirilməsini nəzərdə tutmuşdur.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qeyd etdiyi kimi, tarixdə heç vaxt Azərbaycan indiki qədər güclü, indiki qədər azad və müstəqil olmamışdır.
Tədbirdə məruzə ilə çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının professoru Cəlal Qasımov Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının keçdiyi uzun və şərəfli yol barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Tədbirdə “Alyans” Azərbaycan Respublikasının Xüsusi Xidmət Veteranları Birliyinin sədri Şamil Süleymanov, sədr müavini Azər Qarayev, Suraxanı Rayon Prokuroru Rəhim Əliyev, rayon ağsaqqalı Mirzəağa Quliyev, YAP Suraxanı Rayon Təşkilatı aparatının əməkdaşı, Gənclər Birliyinin üzvü Ənvər Haqverdiyev çıxış etmişdir.
Tədbiri yekulaşdıran rayon rəhbəri qeyd etmişdir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev sürətlə dəyişən müasir dünyada Azərbaycan dövlətinin və xalqının maraqlarını uğurla müdafiə edir, ölkənin ərazi bütövlüyünün bərpası və təhlükəsizliyinin təmin olunması istiqamətində çox mühüm və taleyüklü addımlar atır.
Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin ideyalarının gerçəkləşməsində, müstəqilliyinin dönməz və əbədi edilməsində möhtərəm Prezidentimiz cənab İlham Əliyevlə birgə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva da yaxından iştirak edir. Yüksək dəyərləri öz şəxsiyyətində cəmləyən Mehriban xanım Əliyeva demokratik inkişaf, hüquqi dövlət quruculuğu yolunda sürətlə irəliləyərək sivil dəyərləri əxz edən Azərbaycan cəmiyyətinə layiqli töhfələrini verir.
Uğurlu fəaliyyətin nəticəsidir ki, Azərbaycan siyasi və iqtisadi cəhətdən qüdrətlənir, öz inkişaf templərinə görə dünyada qabaqcıl yerlərdən birini tutur. Bakının çox böyük uğurla ev sahibliyi etdiyi ən mötəbər siyasi, iqtisadi, elmi, mədəni tədbirlər Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsindən xəbər verir.
Ölkəmiz gücləndikcə vətəndaşlarımız özlərini daha rahat və təhlükəsiz hiss edirlər. Bunun nəticəsidir ki, əhalinin sosial rifahı yaxşılaşır, xalq-iqtidar birliyi günbəgün güclənir, ölkədə sabitlik və əmin-amanlıq təmin olunur.
Tədbir bu sözlərlə yekunlaşdı: Yeni hədəflərə doğru irəliləyən ölkəmizin milli təhlükəsizliyinin təmin olunması istiqamətindəki dəyərli fəaliyyətində Dövlət Təhlükəsizlik Xidmətinin şəxsi heyyətinə uğurlar arzulayırıq.
Sonda Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının 100 illiyini münasibəti ilə bir qrup şəxs rayonun ictimai həyatında fəal iştirakına görə rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilmişdir.
Bundan başqa baxın -gallery/45.html