Şriftin ölçüsü :

Saytın rəngi :

Hövsan sakinləri “Açıq mikrafon” qarşısında

12 mart 2019 | 16:00

12 mart 2019-cu il tarixdə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının rayon sakinlərinin şikayət və təkliflərini dinləmək məqsədilə "Açıq mikrofon" formatında növbəti görüşü olmuşdur. Rayon əhalisi ilə növbəti birbaşa dialoq rayonun Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi 15, 15A, 15B, 15V binalarının həyətində həyata keçirilmişdir.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun rayon sakinləri ilə birbaşa dialoqu, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü və Bakı şəhəri üzrə rayon icra hakimiyyətlərinin dəstəyi ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan,  540 ailənin - 1942 nəfər sakinin məskunlaşdığı bu gözəl və abad həyətdə təşkil olunmuşdur.
Görüşdə rayon İcra Hakimiyyətinin başçısı ilə bərabər, hüquq - mühafizə orqanlarının, idarə və müəssisələrin, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, Hövsan qəsəbəsi İƏD üzrə nümayəndəsi, Bələdiyyə sədri iştirak etmişdir.
Bu fakt ona dəlalət edir ki, rayon İcra Hakimiyyətinin başçısı  sakinləri dinləməklə bərabər, vətəndaşların müraciətlərinə operativ münasibət bildirməyə və dərhal tədbir görməyə hazırdır.
Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov əvvəlcə sakinlərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar, o cümlədən minimum əməkhaqlarının və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılması, 12 mindən çox şəhid vərəsəsinə 11 min manat məbləğində birdəfəlik vəsaitin ödənilməsi, məcburi köçkünlərin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, bəzi çoxmərtəbəli binalarda mənzillərin sənədləşdirilməsi, eyni zamanda problemli kreditlər sahəsində vətəndaşların maliyyə yükünün azaldılması və müavinətlərin artırılması istiqamətində həyata keçirilən tədbirlər, verilmiş mühüm göstərişlər barədə tam dolğunluğu ilə məlumat vermişdir.
Mindən artıq sakinin iştirakı ilə  “Açıq mikrofon” şəraitində keçən görüşdə 50-dən artıq sakinin şikayət və təklifi dinlənilmişdir. Sakinlər həllini gözləyən problemlər barədə danışmış, aktual məsələlər qaldırırmışlar.
Müraciətlər əsasən küçə və yolların asfaltlanması, işıqlandırılması, su və kanalizasiya şəbəkəsinin qurulması, sənədsiz evlərin sənədləşdirilməsi və digər mövzularla bağlı olmuşdur.
Görüşdə sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq qətirilmiş, müvafiq izahatlar verilmiş və qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilmiş və onların həlli nəzarətə götürülmüşdür.
Qeyd edək ki, bu tip görüş və fərdi qəbullar sakinlərin problemlərinin öyrənilməsinə və onların aradan qaldırılmasına xidmət edir.

Keçidlər