Rayonun Əmircan qəsəbəsində növbəti səyyar görüş keçirilmişdir
27 fevral 2019 | 16:00
27 fevral 2019-cu il tarixdə rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun Əmircan qəsəbəsidə Cabir Əliyev küçəsi döngə 1 ünvanında yaşayan sakinlərlə “Muğam saray” mərasim evində növbəti səyyar görüşü olmuşdur. Görüşdə RİHB-nin Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Bələdiyyə sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak etmişdir.
Səyyar görüşdə sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq qətirildi, müvafiq izahatlar verildi və qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verildi və onların həlli nəzarətə götürüldü.