Xocalı faciəsi Suraxanıda qeyd edilir
Xocalı soyqırımının iyirmi yeddinci ildönümü ilə bağlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təhsil, səhiyyə və sənaye müəssisələrində tədbirlər davam edir. Növbəti tədbirlər rayon gənclərinin iştirakı ilə Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində, səhiyyə işçilərinin iştirakı ilə 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında, eyni zamanda rayonun tam orta məktəblərində keçirilmiş, şagirdlər arasında rəsm müsabiqəsi təşkil olunmuşdur.
Tədbirlərdə vurğulanmışdır ki, 27 il əvvəl erməni faşistləri tərəfindən törədilmiş Xocalı qətliamı xalqımızın, dünya ictimaiyyətinin yaddaşından silinməyib. Xalqımız, dünya azərbaycanlıları bu böyük faciəni, insanlığa və bəşəriyyətə qarşı ən qanlı cinayətlərdən olan Xocalı soyqırımını dərin hüznlə yad edirlər. Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.
Xocalılarla yanaşı, doğma yurdlarından didərgin salınmış bütün soydaşlarımız əmindirlər ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirtdiyi uğurlu siyasət nəticəsində ölkəmizin ərazi bütövlüyü təmin olunacaq, soydaşlarımız ata-baba yurdlarına qayıdacaqlar.