Rayonun Bülbülə qəsəbəsində növbəti səyyar görüş keçirilmişdir
21 fevral 2019 | 16:00
21 fevral 2019-cu il tarixdə rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun Bülbülə qəsəbəsidə Samir Əliyev küçəsi 230 evin qarşısında sakinlərlə növbəti səyyar görüşü olmuşdur. Görüşdə RİHB-nin Bülbülə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak etmişdir.
Səyyar görüşdə sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq qətirildi, müvafiq izahatlar verildi və qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verildi və onların həlli nəzarətə götürüldü.