Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda Xocalı faciəsinin növbəti ildönümü qeyd edilir

21 fevral 2019 | 16:00

Xocalı soyqırımının iyirmi yeddinci ildönümü rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təhsil, səhiyyə və sənaye müəssisələrində silsilə tədbirlərlə qeyd olunur. Məktəblərdə xüsusi dərslər keçirilir, şagirdlər arasında rəsm, inşa yazı müsabiqələri keçirilir, “Ana harayı” abidəsi ziyarət edilir.
Növbəti tədbir Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının və 85 nömrəli tam orta məktəbin ərazi ilk partiya təşkilatının birgə təşkilatçılığı ilə keçirilmişdir.
Tədbir iştirakçıları Xocalı soyqırımına həsr olunmuş sərgi ilə tanış olmuş, yaradılmış xüsusi guşəni ziyarət etmişlər. Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov qeyd etmişdir ki, tarixinin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci ilin qarlı qışında Xocalıda üzləşdi. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti  Mehriban xanım Əliyevanın gərgin əməyi nəticəsində dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılırlar.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlayan “Xocalıya ədalət” kampaniyası hazırda 80-dən artıq ölkədə yüzlərlə könüllünün iştirakı ilə uğurla həyata keçirilir.
85 nömrəli tam orta məktəbin direktoru Maqsud Əhmədov öz çıxışında bildirdi ki, XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.
Sonra məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiya təqdim olundu və şagirdlər arasında keçirilmiş inşa yazı müsabiqəsinin qaliblərinə diplom təqdim olundu.

Keçidlər