Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı məktəblərində “21 fevral – Beynəlxalq Ana Dili Günü” qeyd edildi

21 fevral 2019 | 16:00

Rayonun 114 nömrəli tam orta məktəbində “21 fevral – Beynəlxalq Ana Dili Günü” münasibəti il tədbir keçirilmişdir. Tədbirdə Bakı şəhəri üzrə Təhsil İdarəsi müdirinin müavini Hüseyn Əsgərov, rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Rəşid Məmmədov iştirak etmişdir.
Tədbirdə çıxış edən məktəbin direktoru Ceyran Novruzova bildirmişdir ki, dil bəşəriyyətin ən böyük nailiyyətidir. Dil bizə yalnız fikirlərimizi ifadə etmək imkanı vermir, həm də bizim milli kimliyimizi, genetik mənsubiyyətimizi ifadə edir. Ana dili olmayan xalqın mədəni bir xalq kimi tanınması sual altındadır. Dil hər bir xalqın maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir.
Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm əhəmiyyət daşıyır.
Çıxışlarda qeyd olunmuşdur ki, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. Ümummilli Liderin ideyalarını layiqincə yerinə yetirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi məhz dövlət başçısının təşəbbüsü ilə baş tutmuşdur.
Ana dilinə qayğı göstərilməsi o dilin ömrünü neçə yüzilliklər bundan sonra da uzanmasına səbəb olur. Dilsiz xalq heç zaman öz keçmişini tanımaz, ulu əcdadları ilə fəxr edə bilməz. Dil bizim mayalandığımız, ilhamlandığımız və istinad etdiyimiz sərvətimizdir. Ana dilimiz dövlət dilidir, dünyanın hər yerində bu dilə hörmət-ehtiram var. Himnimiz ana dilimizdə səslənir. Dünyanın bir çox ölkələrində yaşayan əlli milyondan artıq insan Azərbaycan dilində danışır.
Tədbirdə şagirdlərin ifasında ana dili ilə bağlı kompoziyiya təqdim olunmuşdur.

Keçidlər