Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda Xocalı faciəsinin 27-ci ildönümü geniş qeyd edilir

20 fevral 2019 | 16:00

Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsinə dair tədbirlər planının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin 6 fevral 2019-cu il tarixli Sərəncamının icrasını təmin etmək məqsədi ilə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Sərəncamı ilə Tədbirlər planı təsdiq edilmiş və rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təhsil, səhiyyə və sənaye müəssisələrində silsilə tədbirlər keçirilir. Növbəti belə tədbir 76, 84, 118, 279, 315, 327 nömrəli tam orta məktəblərdə keçirilmişdir. Məktəblərdə xüsusi dərslər keçirilmiş, şagirdlər arasında rəsm müsabiqəsi təşkil olunmuş, “Ana harayı” abidəsi ziyarət edilmişdir.

Keçidlər