Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda şəhid məzarları ziyarət edilmişdir

20 yanvar 2019 | 16:00

“20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin 13.12.2018-ci il tarixli və “20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi haqqında” Bakı Şəhər İcra Hakimiyyəti başçısının 14.12.2018-ci il tarixli sərəncamlarının icrasının təmin edilməsi, həmçinin Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsinin yad edilməsi  məqsədi ilə  Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 24.12. 2018-ci il tarixli sərəncamı ilə “20 yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün Suraxanı rayonunda keçirilməsi ilə bağlı tədbirlər planı”  təsdiq edilmişdir.
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun sənaye, təhsil, səhiyyə, mədəniyyət müəssisələrində  "20 Yanvar faciəsi Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzidir" mövzusunda xatirə anım mərasimləri keçirilmiş, məktəblilər arasında inşa yazı, şeir və rəsm müsabiqələri təşkil edilmişdir.
Tədbirlər planına uyğun  olaraq rayonun bütün qəsəbələrində 20 Yanvar şəhidlərinin xatirəsi ilə bağlı ərazilərdə abadlıq və təmizlik işləri aparılmışdır.
20 yanvar tarixdə rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın üzvləri, YAP Suraxanı rayon təşkilatının fəalları, rayonun hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, sənaye müəssisələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri və ziyalıları rayonun Yeni Suraxanı qəsəbəsində 20 yanvar faciəsinin şəhidləri Cəbrayıl Xanməmmədovun, Balahüseyn Mir Qəzəb oğlunun məzarlarını və “Vətən şəhidləri” abidə kompleksini ziyarət etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tədbir iştirakçılarına müraciət edərək bildirmişdir ki, 20 Yanvar faciəsi Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, ərazi bütövlüyü  uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi. 20 Yanvar Azərbaycan xalqının tarixində, sadəcə, ağı və acı ilə xatırlanacaq gün deyil. 20 Yanvar həm də xalqımızın şan və şərəf günüdür.
Rayon rəhbəri qeyd etmişdir ki, dəhşətli faciəyə ilk olaraq kəskin etirazını bildirən, 1990-cı il yanvarın 21-də ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib mətbuat konfransı keçirən Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev olmuşdur. Hadisəyə ilk hüquqi-siyasi qiymət də 1991-ci ilin noyabr ayında Ulu Öndərin Naxçıvan Ali Sovetinə rəhbərlik etdiyi vaxtda verilmişdir.
1994-cü il martın 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” adlı xüsusi qərar qəbul edilmişdir. Beləliklə, Ulu Öndərin təkidi və rəhbərliyi sayəsində xalqımıza qarşı törədilən bu qanlı və qəddar aksiyaya siyasi-hüquqi qiymət verilmişdir.
Bu gün 20 Yanvar faciəsinin iştirakçıları və şəhid ailələri dövlətin daim diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şəhidlərin adının uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi qayğı göstərir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondu Prezidenti Mehriban xanım Əliyeva şəhid ailələrinin, əlillərin, veteranların problemlərinə böyük qayğı ilə yanaşır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın  Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında həyata keçirdiyi layihələrin müstəsna əhəmiyyəti var.
Sonra tədbir iştirakçıları “Şəhidlər xiyabanı”nı ziyarət etdilər.

 

Keçidlər