Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda xatirə anım mərasimləri davam edir

18 yanvar 2019 | 16:00

«20 Yanvar» faciəsinin 29-cu ildönümü ilə bağlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Suraxanı rayonunda silsilə tədbirlər davam edir. "20 Yanvar faciəsi Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzidir" mövzusunda növbəti xatirə anım mərasimləri rayon Gənclər və İdman İdarəsində, rayon Gənclər evində, rayon Məşğulluq Mərkəzində, Dövlət sosial müdafiə fondunun Suraxanı rayon şöbəsində, “Bahar Enerji” Əməliyyar Şirkətində, Dalma qurğularının təmiri və kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisəsində, rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində keçirilmişdir.
Keçirilən tədbirlərdə qeyd olunmuşdur ki, 20 Yanvar faciəsi Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, ərazi bütövlüyü  uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi. 20 Yanvar Azərbaycan xalqının tarixində, sadəcə, ağı və acı ilə xatırlanacaq gün deyil. 20 Yanvar həm də xalqımızın şan və şərəf günüdür. Unutmamalıyıq ki, həmin gün küçələri boyamış al şəhid qanları bir anlamda milli məfkurəmizin oyanan günəşinin qırmızı şəfəqini simvolizə edirdi. 1990-cı ilin 20 Yanvarı Azərbaycanın istiqlaliyyət yolunun ilk şəhidlik zirvəsidir.

Keçidlər