Şriftin ölçüsü :

Saytın rəngi :

Məişət zorakılığının qarşısının alınması və qurbanlarının müdafiəsi daim diqqət mərkəzində saxlanılır

16 yanvar 2019 | 16:00

        16 yanvar 2019-cu il tarixdə Suraxanı Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, RİHB-nin müavini, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun sərdi Afət Həsənovanın, BMT-nin eksperti Dinara Alimjanovanın, BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Xalisə Şahverdiyevanın, Sabunçu RİHB-nin müavini Rəna  Fərəcovanın, Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Sevinc Qurbanovanın, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Raidə Əmirbəyovanın və Təmiz Dünya İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovanın iştirakı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Avropa İttifaqı ilə birgə həyata keçirilən “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə yerli monitorinq qruplarının”nın ehtiyaclarının qiymətləndirilməsi və gələcək Tvininq layihəsinin hazırlanması ilə məişət zorakılığının qarşısının alınması və qurbanlarının müdafiəsi sahəsində güclü müdafiə sisteminin yaradılması məqsədilə növbəti görüşü keçirilmişdir. Görüşdə məişət zorakılığının qarşısının alınması və qurbanlarının müdafiəsi sahəsində güclü müdafiə sisteminin yaradılması barədə ətrafli fikir mübadiləsi aparılmışdır.

Keçidlər