Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası istiqamətində maarifləndirici tədbir keçirilmişdir

26 dekabr 2018 | 16:00

Suraxanıda rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası istiqamətində növbəti maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, rayonda fəaliyyət göstərən büdcə təşkilatlarının, təhsil və səhiyyə müəssisələrinin rəhbərləri, rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, Bələdiyyə sədrləri, xidmət sahələrinin rəhbərləri və idarə, müəssisə və təşkilatların əməkdaşları iştirak etmişdir.
Maarifləndirici tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 27 aprel 2016-cı il tarixli Sərəncamı ilə “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nı təsdiq etmişdir. “Milli Fəaliyyət Planı”nın icrası məqsədi ilə rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə Tədbirlər planı təsdiq edilmişdir. Tədbirlər planına uyğun olaraq rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə həm rayon İcra Hakimiyyətində, həm də rayonun idarə, müəssisə və təşkilatlarında müntəzəm maarifləndirici tədbirlər keçirilmişdir.
İlqar Abbasov bildirmişdir ki, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində davamlı həyata keçirilən strategiya nəticəsində ölkəmiz böyük uğurlar əldə etmişdir. Ölkəmizdə korrupsiyaya qarşı mübarizənin vahid strategiya çərçivəsində qurulması, bu sahədə görülən tədbirlərin səmərəli davam etdirilməsi, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, yerli özünüidarəetmə və dövlət qurumlarında vəzifəli şəxslərin fəaliyyətində  şəffaflığının təmin edilməsi  qətiyyətlə yerinə yetirilir.
Açıq hökumət prinsipləri, daim bu strategiyanın ayrılmaz hissəsi olmuş və həyata keçirilən tədbirlər dövlət idarəçiliyində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsini, informasiyanın əldə edilməsində açıqlığın təmin edilməsini, ictimai iştirakçılığın artmasını və vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığı nəzərdə tutmuşdur.
Dövlət xidmətlərinin göstərilməsində tətbiq edilən və Birləşmiş Millətlər Təşkilatının 2015-ci il “Dövlət Xidmətləri Mükafatına” layiq görülmüş innovativ “ASAN xidmət” modeli bu yanaşmanın uğurlu nümunəsidir.
Ölkəmizdə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə tədbirlər uğurla həyata keçirilir və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması təmin edilməkdədir.
Respublikamızda həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində qazanılan uğurların davamlılığı korrupsiyaya qarşı mübarizə sahəsindəki tədbirlərin önəmini daha da artırmaqdadır. Son vaxtlar bütün sahələrdə şəffaflıq prinsipinin əsas götürülməsi, maliyyə intizamının gücləndirilməsi, eləcə də korrupsiya hallarına qarşı digər mübarizə tədbirlərinin genişləndirilməsi də məhz bu reallıqla şərtlənir. Korrupsiyaya qarşı mübarizə sahəsində zəruri qanunların qəbul edilməsi, dövlət proqramlarının təsdiq olunması, bilavasitə korrupsiyaya qarşı mübarizə funksiyalarını daşıyan Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın və Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin həyata keçirdiyi tədbirlər korrupsiya hallarına və onun inkişafına şərait yaradan halların qarşısının alınmasında öz səmərəsini vermişdir.
Maarifləndirici tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Asif Qədirov, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokurorları Arif Əyyubov və Ziya Hacıyev, Rayon Prokuroru Rəhim Əliyev, Rayon Məşğulluq Mərkəznin direktoru Sənan Məmmədzadə çıxış etdilər.
Tədbir bu sözlərlə yekunlaşdı: Qarşıya qoyulan vəzifələrin tam icrası, şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi məqsədi ilə yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının təmin edilməsi istiqamətində maarifləndirici tədbirlər qarşıdakı illərdə də davam etdirəcəkdir.

Keçidlər