Şriftin ölçüsü :

Saytın rəngi :

“Suraxanı Rayon İcra Hakimiyyətinin 2018-ci il üçün mülki müdafiə üzrə tədbirləri planı”na uyğun olaraq toplantı keçirilmişdir

21 dekabr 2018 | 16:00

Suraxanı Rayon İcra Hakimiyyətinin 2018-ci il üçün mülki müdafiə üzrə tədbirləri planı”na uyğun olaraq 2018-ci ilin yekunları, 2019-cu ildə qarşıda duran vəzifələrlə bağlı Suraxanı Rayon İcra Hakimiyyətində toplantı keçirilmişdir.
Toplantıda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzin rəis müavini, general-mayor Kamil Bağırov, Mərkəzin nümayəndələri, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, sənaye müəssisələrinin, təhsil, səhiyyə və xidmət sahələrinin nümayəndələri iştirak etmişdir.
Toplantını giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı cənab İlqar Abbasov Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 13-cü ildönümü və işçilərinin peşə bayramı münasibətilə nazirliyin kollektivini, eyni zamanda toplantıda iştirak edən nümayəndələrini  təbrik etdi, mülki müdafiənin əhəmiyyətindən, görülən işlər və  bu sahəyə dövlət qayğısından danışdı.
Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Rayon mülki müdafiə qərargahının rəisi Xanoğlan Allahverdiyev “Suraxanı Rayon İcra Hakimiyyətinin 2018-ci il üçün mülki müdafiə üzrə tədbirləri planı”na uyğun olaraq 2018-ci ilin yekunları, 2019-cu ildə qarşıda duran vəzifələr” haqqında məruzə etdi.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzin rəis müavini, general-mayor cənab Kamil Bağırov mülki müdafiə ilə bağlı görüləcək işlərlə bağlı tədbir iştirakçılarına öz tövsiyələrini verdi.
Toplantıda Bakı Regional Mərkəzinin Suraxanı rayonu üzrə Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisinin vəzifələrinin icraçısı Toğrul Vəliyev “Suraxanı rayonu üzrə mülki müdafiənin vəziyyəti”, Bakı Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin rəis müavini cənab Yolçu Yolçuyev “Rayonda xəbərdarlıq sistemlərinin mövcud vəziyyəti”, Bakı Regional Mərkəzinin Əhalinin və ərazilərin mühəndis mühafizəsi şöbəsinin baş məsləhətçisi Elnur Sadıqov “Rayonda mühəndis mühafizəsinin mövcud vəziyyəti”, Bakı Regional Mərkəzinin Əhalinin və ərazilərin radiasiya, kimya və tibbi-bioloji mühafizəsi şöbəsinin rəisi cənab Fuad Abdurəşidov “Rayonda kimyəvi mühafizənin mövcud vəziyyəti” haqqında çıxışlar etdi, mövzularla bağlı videoçarxlar nümayiş olundu və iştirakçıların suallar cavablandırıldı.
“Mülki müdafiənin təşkili ilə bağlı görülən işlər və mövcud problemlər” haqında Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Mais Məmmədov,  obyektlərdə mülki müdafiənin təşkili ilə bağlı “Bahar Enerji” Əməliyyat Şirkətinin mülki müdafiə üzrə mütəxəssisi Ramiz Ağayev məlumat verdi.

Keçidlər