Suraxanıda Ulu Öndər Heydər Əliyevi Anım günü tədbirləri davam edir
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevi Anım günü münasibəti ilə rayonun idarə, müəssisə və təşkilatlarında silsilə tədbirlər davam edir. Növbəti tədbirlər rayonun Gigiyena və Epidemiologiya Mərkəzində, Mənzil Kommunal Təsərrüfatı Birliyində, Bahar Energy operating Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində, 8 nömrəli Birləşmiş Uşaq xəstəxanasında, 24 nömrəli Şəhər poliklinikasında, 65, 84, 101, 104, 118, 146, 281, 278, 316 nömrəli tam orta məktəblərdə keçirilmişdir.
Anım tədbirlərinin əvvəlində bir dəqiqəlik sükutla Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edilmişdir.
Tədbirlərdə çıxış edənlər qeyd etdilər ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əbədiyyətə qovuşmasından 15 il keçir. Vətənini, millətini sevən hər bir Azərbaycanlı üçün tükənməz qürur mənbəyidir ki, bu gün nəinki ölkəmizdə, bir çox dünya dövlətlərində Ümummilli Liderimiz Heydər Əliyevin Anım günü ilə bağlı tədbirlər keçirilir.
Azərbaycan xalqının inkişafı, gələcək tərəqqisi naminə Ulu Öndər Heydər Əliyev vətənimizin ən ağır və faciəli günlərində rəhbərliyi öz üzərinə götürərək misilsiz xidmətlər göstərməklə ölkəni parçalanıb məhv olmaqdan xilas etmiş əbədi Liderdir. Heydər Əliyev siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan sürətli tərəqqi yolu ilə inkişaf edir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Fond ardıcıl və məqsədyönlü fəaliyyətini uğurla davam etdir, qarşıya qoyduğu məqsədlərin həyata vəsiqə qazanması işində yeni-yeni zirvələr fəth edir, Azərbaycanımızın adını ucaldır.
101 və 118 nömrəli tam orta məktəblərin bir qrup şagirdi Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevi Anım günü münasibəti ilə Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət etmişdir.