Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda Ulu Öndər Heydər Əliyevi Anım günü tədbirləri keçirilir

06 dekabr 2018 | 16:00

Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevi  Anım günü münasibəti ilə rayonun idarə, müəssisə və təşkilatlarında silsilə tədbirlər  keçirilir. Növbəti tədbirlər Xarici Dillər Təmayüllü Gimnaziyada, 76 və 316 nömrəli tam orta məktəblərdə, 15 və 24 nömrəli birləşmiş şəhər xəstəxanalarında, rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində, “ATEF Şirkətlər Qrupu” MMC-də, Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsində, Suraxanı rayon Enerji Təchizatı və Satışı İdarəsində  keçirilmişdir.
Anım tədbirlərinin əvvəlində bir dəqiqəlik sükutla Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edilmişdir.
Tədbirlərdə çıxış edənlər qeyd etdilər ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əbədiyyətə qovuşmasından 15 il keçir. Xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Heydər Əliyevin ilahi istedadı, tükənməz enerjisi, siyasi prosesləri yönəltmək məharəti, cəmiyyətin maraq və mənafelərini hər zaman əsas prioritet hesab etməsi, sözü ilə əməlinin üst-üstə düşməsi Azərbaycan xalqının bu  böyük insana hədsiz inamının əsas səbəbləridir. Ümummilli Lider Heydər Əliyev ən çətin məqamlarda, böhranlı vəziyyətlərdə də geri çəkilmirdi, sarsılmaz iradə və qətiyyət nümayiş etdirməyi, çıxış yolları axtarmağı və tapmağı bacarırdı.
Heydər Əliyev siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan bu gün sürətli tərəqqi yolu ilə inkişaf edir. Ulu Öndər Heydər Əliyevin ideyalarının gerçəkləşməsində möhtərəm Prezidentimiz cənab  İlham Əliyevlə birgə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva da yaxından iştirak edir. Mehriban xanım Əliyeva Azərbaycan cəmiyyətinə davamlı layiqli töhfələrini verir. Azərbaycan siyasi və iqtisadi cəhətdən qüdrətlənir, öz inkişaf templərinə görə dünyada qabaqcıl yerlərdən birini tutur.
146 və 275 nömrəli tam orta məktəblərin bir qrup şagirdi Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevi  Anım günü münasibəti ilə Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət etmişdir.

 

Keçidlər