Ulu Öndərin xatirəsi 23 nömrəli şəhər poliklinikasında anıldı
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevi Anım günü münasibəti ilə rayonun idarə, müəssisə və təşkilatlarında silsilə tədbirlər keçirilir. Növbəti tədbir 23 nömrəli şəhər poliklinikasında keçirilmişdir.
Tədbirdə 23 nömrəli şəhər poliklinikasının, 16 nömrəli uşaq poliklinikasının və 30 nömrəli ambulatoriyanın nümayəndələri iştirak etmişdir.
Anım tədbirinin əvvəlində bir dəqiqəlik sükutla Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edildi.
Çıxış edənlər qeyd etdilər ki, Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini təmin etməklə yanaşı, millətimizin və dövlətimizin ideoloji xəttini, söykənəcəyi təməl prinsiplərini irs olaraq müəyyənləşdirdi. Azərbaycan xalqının inkişafı, gələcək tərəqqisi naminə Ulu Öndər Heydər Əliyev vətənimizin ən ağır və faciəli günlərində rəhbərliyi öz üzərinə götürərək misilsiz xidmətlər göstərməklə ölkəni parçalanıb məhv olmaqdan xilas etmiş əbədi Liderdir. Heydər Əliyev siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan sürətli tərəqqi yolu ilə inkişaf edir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Fond ardıcıl və məqsədyönlü fəaliyyətini uğurla davam etdir, qarşıya qoyduğu məqsədlərin həyata vəsiqə qazanması işində yeni-yeni zirvələr fəth edir, Azərbaycanımızın adını ucaldır.