Ulu Öndərin xatirəsi 270 nömrəli tam orta məktəbdə anıldı
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevi Anım günü münasibəti ilə rayonun idarə, müəssisə və təşkilatlarında silsilə tədbirlər keçirilir. Növbəti tədbir 270 nömrəli tam orta məktəbdə keçirilmişdir.
Anım tədbirinin əvvəlində bir dəqiqəlik sükutla Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edildi.
Tədbirdə çıxış edənlər qeyd etdilər ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əbədiyyətə qovuşmasından 15 il keçir. Vətənini, millətini sevən hər bir Azərbaycanlı üçün tükənməz qürur mənbəyidir ki, bu gün nəinki ölkəmizdə, bir çox dünya dövlətlərində Ümummilli Liderimiz Heydər Əliyevin Anım günü ilə bağlı tədbirlər keçirilir.Ulu Öndər Heydər Əliyev böyük siyasətdə qarşıya qoyduğu məqsədlərə və hədəflərə nail olmaq üçün yalnız fenomenal şəxsi keyfiyyətlərinə, daxili inamına və iti fəhminə deyil, eyni zamanda ictimai rəyə əsaslanır, ən böyük dəstəyi və enerjini öz xalqından alırdı. Ulu Öndər Heydər Əliyevdə böyük sərkərdəlik qabiliyyəti vardı, insanları özünə çəkirdi, insanlar ona inanır, etibar edirdilər, arxasınca gedirdilər.
Sonda məktəblilərin ifasında ədəbi-bədii kompozisiya göstərildi.
Məktəbin bir qrup şagirdi eyni zamanda Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevi Anım günü münasibəti ilə Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət etmişdir.