Ulu Öndərin xatirəsi “Suraxanı Oyl Opereyşn Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində anıldı
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevi Anım günü münasibəti ilə rayonun idarə, müəssisə və təşkilatlarında silsilə tədbirlər keçirilir. Növbəti tədbir “Suraxanı Oyl Opereyşn Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində keçirilmişdir.
Anım tədbirinin əvvəlində bir dəqiqəlik sükutla Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edildi.
Tədbirdə çıxış edən “Suraxanı Oyl Opereyşn Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin icraçı direktoru Arzu Sarıbalayev bildirdi ki, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev ilk növbədə dövlətçilik tariximizin müasir mərhələsinin əsasını qoymuşdur. Azərbaycan gerçəkliyini, onun ictimai-siyasi, mədəni-mənəvi həyatının bütün sahələrini əks etdirən mükəmməl bir elmi-nəzəri sistem - dövlət quruculuğu fəlsəfəsini, dövlətçilik ideologiyasını yaratmışdır. Ulu Öndər Heydər Əliyevin ölkəmizin inkişafı sahəsində başladığı nəhəng işlər, möhtəşəm layihələr bu gün onun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla davam etdirilir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında Ulu Öndərin ideallarının ictimai şüurda möhkəmlənməsi istiqamətində davamlı işlər aparılır.