Suraxanıda 12 və 13 nömrəli BŞX-lərdə Ulu Öndərin xatirəsi anıldı
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevi Anım günü münasibəti ilə rayonun idarə, müəssisə və təşkilatlarında silsilə tədbirləri təşkil olunur. Növbəti tədbir rayonun 12 və 13 nömrəli Birləşmiş Şəhər Xəstəxanalarında keçirilmişdir.
Anım tədbirlərinin əvvəlində bir dəqiqəlik sükutla Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini yad edildi.
Tədbirlərdə qeyd olunmuşdur ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əbədiyyətə qovuşmasından 15 il keçir. Ulu Öndər Heydər Əliyev şəxsiyyəti Azərbaycan tarixində, milli siyasi təfəkkürümüzdə, dövlətçilik şüurumuzda çox böyük məna yükünü daşıyan fenomenə çevrilmişdir. Bu gün Heydər Əliyev siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin genişmiqyaslı fəaliyyəti nəticəsində ölkəmiz davamlı inkişaf edir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkə daxilində və ölkə xaricindiə bir sıra iri miqyaslı layihələr reallaşdırılır