Qurumuş ağacların yerinə yeniləri əkilib
27 noyabr 2018 | 16:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Suraxanı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon ərazisində qurumuş ağacların çıxarılaraq yerində yenilərinin əkilməsi məqsədilə başlanan aksiya rayonunun Yeni Günəşli qəsəbəsində davam etdirilib. Aksiya zamanı 285 saylı orta məktəbin qarşısındakı 8 qurumuş ağacın yerinə 30 həmişəyaşıl sərv və şam ağacları əkilib.
Məktəbin kollektivi də ağacların əkilməsində fəal iştirak edib.