Şriftin ölçüsü :

Saytın rəngi :

Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda müşavirə keçirilmişdir

30 noyabr 2018 | 16:00

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda müşavirə keçirilmişdir.
  Müşavirədə Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin və Suraxanı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının, FHN 4-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin, Suraxanı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin məsul işçiləri, rayonun təhsil, səhiyyə, mədəniyyət idarələrinin və xidmət sahələrinin rəhbərləri, rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələri  və qəsəbələrin bələdiyyə sədrləri iştirak etmişdir.
Müşavirəni giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Hacıyev Suraxanı  rayonunda yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı görülən işlər barədə ətraflı məlumat verərək, insanlar arasında bu istiqamətdə təbliğat işinin əhəmiyyətindən danışdı.
FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin nümayəndəsi Nizami Fərəcov “Yaşayış massivlərində yanğınların baş vermə səbəbləri: potensial təhlükələr və onların aradan qaldırılma yolları”, Suraxanı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini Nazim Zamanov “Yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yolları” haqqında məruzə etdi. Bundan əlavə “Yaşayış binalarında yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı görülən işlər və mövcud problemlər”, “Rayonda enerji təchizatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, “Rayonda qaz təsərrüfatlarının mövcud vəziyyəti, problemlər və həlli yolları” və “Yanğın zamanı ilkin tibbi yardım” mövzularında məruzələr dinlənildi.
Tədbirdə “Məişətdə yanğın təhlükəsizliyi”, “Dəm qazı” və “Odsöndürən balondan istifadə qaydaları” ilə bağlı videoçarxlar nümayiş olundu və iştirakçıların suallar cavablandırıldı, çıxış edənlərin təklifləri nəzərə alınaraq məktəblərdə maarifləndirici tədbirlər, qaçqınların məskunlaşdıqları binalara birgə baxış keçirilməsi, tüstü bacalarının təmizlənməsi ilə bağlı ixtisaslaşdırılmış idarələrə müraciət olunması, yaşayış evlərinin sığortalanması üçün maarifləndirici tədbirlərin görülməsi, məişət tullantılarının vaxtında daşınması, onların yandırılmasının qarşısdınnın alınması üçün işlərin davam etdirilməsi qərara alındı.

Keçidlər