Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı məktəblilərinin Lənkəran-Masallı-Astara istiqaməti üzrə səfəri uğurla başa çatdı

21 noyabr 2018 | 16:00

Suraxanı rayonunun 40 nümunəvi şagirdinin noyabrın 18-21-də  Lənkəran-Masallı-Astara istiqamətində “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici  tur-aksiyası uğurla yekunlaşdı.
Məktəblilər üç gün ərzində Lənkəran, Masallı və  Astara rayonlarının sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər, son illərdə inşa edilən sosial obyektlər, əyləncə və istirahət mərkəzləri, tarixi-mədəni abidələr, turizm obyektləri, muzeylərlə tanış olublar. Maarifləndirici xarakter daşıyan tur-aksiya zamanı şagirdlərə bölgənin tarixi, adət-ənənələri, coğrafiyası, turizm imkanları haqqında ətarflı məlumat verilib.
21 noyabr tarixdə “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici  tur-aksiyada iştirak edən Suraxanı məktəblilərinin rayonun Heydər Əliyev parkında təntənəli qarşılanma mərasimi oldu.
Təntənəli qarşılanma mərasimində danışan Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov vurğuladı ki, dövlətimizin başçısı cənab İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyeva təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə və təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına böyük diqqət və qayğı göstərdikləri kimi, şagirdlərin asudə vaxtlarının səmərəli təşkili qayğısına da qalırlar. “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası buna bariz nümunədir. Rayonumuzun 40 nümunəvi şagirdi dörd gün ərzində  Lənkəran, Masallı və  Astara rayonlarının tarixi yerləri, maddi-mədəniyyət abidələri, eləcə də müasir tikililəri ilə tanış olub. Bu tur-aksiya şagirdlərdə zəngin təəssürat oyadıb. Buna görə ölkə rəhbərinə, Birinci vitse-prezidentə dərin minnətdarlığımızı bildiririk.
Tur-aksiya iştirakçıları sevinclərini bölüşdülər və şagirdlərə belə bir imkan yaratdığına görə, dövlətimizin başçısı cənab İlham Əliyevə təşəkkürlərini bildirdilər.

Keçidlər