Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda yaşıllaşdırma işləri uğurla davam etdirilir

17 noyabr 2018 | 16:00

Rayonda abadlıq və yaşıllaşdırma tədbirləri uğurla davam etdirilir. Ətraf mühitin yaxşılaşdırılması məqsədi ilə cari ilin ötən dövründə rayon ərazisində  5 minə yaxın ağac əkilmiş, neft əməliyyat şirkətləri tərəfindən ümumi sahəsi 5,77 hektar olan müxtəlif ölçülü 79  gölməçə qurudulmuş, neftlə çirklənmiş 20,0 hektar torpaq sahəsi təmizlənmişdir.
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti ağacəkmə rayonun Qaraçuxur qəsəbəsi,  Etibar Bəkirli və Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçələrinin kənarlarında keçirilmişdir.
Ağacəkmə aksiyasında rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, aparatının əməkdaşları, RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, qəsəbə bələdiyyələri, sənaye, təhsil, səhiyyə müəssisələrinin, Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçiləri iştirak etmişdir.
300 nəfərin iştirak etdiyi iməcilikdə müvafiq təmizləmə işləri aparılmış, abadlıq işləri görülmüş, mövcud olan yaşıllığa qulluq edilmiş və 600-dən artıq sərv və zeytun ağacları əkilmişdir.
Bu aksiyaların keçirilməsində məqsəd yaşıllıq zolaqlarını genişləndirmək, rayonun ekoloji tarazlığını bərpa etmək, insanlar arasında təbiətə qayğı hissini təbliğ etməkdir.
Davamlı şəkildə həyata keçirilən ağacəkmə aksiyaları nəticəsində rayonun ərazisi abadlaşır, yaşıllıqlarla zənginləşir, ekoloji mühit sağlamlaşır, torpaq qatı münbitləşir.
Mövsümün sonuna qədər rayonda ağacəkmə aksiyalarının davamlı keçirilməsi nəzərdə tutulmuşdur.

Keçidlər