Şriftin ölçüsü :

Saytın rəngi :

6 Fevral vətəndaşların fərdi qaydada növbəti qəbulu keçirilib

06 fevral 2023 | 10:35
Prezident cənab İlham Əliyevin vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin daha da yaxşılaşdırılması ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrası Suraxanı Rayon İcra Hakimiyyətinin gündəlik fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir.
Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov hər həftə olduğu kimi, bu həftə də növbəti dəfə vətəndaşların fərdi qəbulunu keçirib.
RİHB-nin müavinlərinin, şöbə müdirlərinin, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərlərinin iştirak etdiyi qəbulda bir qrup rayon sakininin müraciəti dinlənilib.
Müraciət edən sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq qətirilib, müvafiq izahatlar verilib və qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.
Həmçinin, qəbul zamanı vətəndaşlara səmərəliliyin təmin edilməsi məqsədilə “Rəqəmsal icra hakimiyyəti” portalının xidmətlərindən istifadə ilə bağlı məlumat verilib. Xidmətlərdən istifadə etmək üçün vətəndaşlara tələb olunan sənədlər əsasında məlumatları təqdim etməklə müraciət etmələri izah olunub. Eləcə də vətəndaşların bəzi fərdi məlumatlarının avtomatik şəkildə portal vasitəsilə əldə olunduğu vurğulanıb. Qeyd edək ki, sözügedən portaldan istifadə vətəndaşların vaxtına və resurslarına qənaət edir.
Keçidlər