Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Yeni Günəşli yaşayış sahəsində növbəti səyyar görüş keçirilmişdir

15 noyabr 2018 | 16:00

15 noyabr 2018-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “Q” yaşayış sahəsi 1-7 saylı binalarda yaşayan sakinlərlə 285 nömrəli tam orta məktəbin akt zalında növbəti səyyar görüşü olmuşdur. Görüşdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Tağı Tağıyev, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, Qaraçuxur qəsəbəsi İƏD üzrə nümayəndəsi, Bələdiyyə sədri iştirak etmişdir.
Səyyar görüşdə sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq qətirildi, müvafiq izahatlar verildi və qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verildi və onların həlli nəzarətə götürüldü.

Keçidlər