Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda abadlıq və yaşıllaşdırma işləri uğurla davam etdirilir

03 noyabr 2018 | 16:00

Rayonda abadlıq və yaşıllaşdırma tədbirləri uğurla davam etdirilir. Ətraf mühitin yaxşılaşdırılması məqsədi ilə cari ilin ötən dövründə rayon ərazisində  dörd mindən artıq ağac əkilmiş, neft əməliyyat şirkətləri tərəfindən ümumi sahəsi 5,77 hektar olan müxtəlif ölçülü 79  gölməçə qurudulmuş, neftlə çirklənmiş 20,0 hektar torpaq sahəsi təmizlənmişdir. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti ağacəkmə rayonun Qaraçuxur qəsəbəsi,  Etibar Bəkirli küçəsində keçirilmişdir.
Ağacəkmə aksiyasında rayon İcra Hakimiyyətinin başçısı aparatının əməkdaşları, RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, qəsəbə bələdiyyələri, sənaye, təhsil, səhiyyə müəssisələrinin, Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçiləri iştirak etmişdir.
200 nəfərin iştirak etdiyi iməcilikdə müvafiq təmizləmə işləri aparılmış, abadlıq işləri görülmüş, mövcud olan yaşıllığa qulluq edilmiş və 300-dən artıq ağac əkilmişdir.
Rayonda eyni zamanda piyadalar üçün əlverişli hərəkət şəraitinin yaradılması məqsədilə  yol kənarında piyada səkilərinin bərpası işlərinə başlanılmışdır. Hazırda rayonun müxtəlif yerlərində yol boyu  bordurlar dəyişdirilir, tamet daşı düzülür və işıq dirəkləri yeniləri ilə əvəzlənir. Küçələrin estetik görünüşün yaxşılaşdırılması məqsədi ilə yeni layihələr hazırlanaraq ətraf ərazidəki qeyri-yaşayış obyektlərinin sahiblərinə təqdim edilmiş, fərdi yaşayış evlərinin həyətyanı sahələrinin hasarları mişar daşı ilə hörülür, suvaq vurularaq rənglənir, yol boyu ağaclar əkilir.

Keçidlər