Rayonda məişət zorakılığının qarşısının alınması və qurbanlarının müdafiəsi daim diqqət mərkəzindədir
25 oktyabr 2018 | 16:00
Suraxanı Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyəti başçısının müavini, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun sərdi Afət Həsənovanın BMT-nin eksperti Dinara Alimjanova və BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Xalisə Şahverdiyeva ilə görüşü keçirilmişdir.
Görüşdə Avropa İttifaqı ilə birgə həyata keçirilən “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə yerli monitorinq qruplarının”nın ehtiyaclarının qiymətləndirilməsi və gələcək Tvininq layihəsinin hazırlanması ilə məişət zorakılığının qarşısının alınması və qurbanlarının müdafiəsi sahəsində güclü müdafiə sisteminin yaradılması barədə ətrafli fikir mübadiləsi aparılmışdır.