“Bilik günü” münasibəti ilə Suraxanı rayonunda silsilə tədbirlər keçirilmişdir
“Bilik günü” münasibəti ilə Suraxanı rayonu ərazisində yerləşən bütün təhsil ocaqlarında tədbirlər təşkil olunmuşdur. Belə tədbirlərdən biri rayonun Hövsan qəsəbəsində əsaslı təmirdən sonra istifadəyə verilmiş 76 nömrəli tam orta məktəbdə keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətrinin başçısı İlqar Abbasov iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Tehranə Tağıyeva qonaqları salamladı və bildidi ki, məktəbin kollekti yeni tədris ilinə hazırdır. Çox sevidirici haldır ki, 2013-2014-cü tədris ilində şagirdlər əsaslı təmir edilmiş, müasir avadanlıqla təchiz olunmuş məkrtəbdə oxuyacaqlar. Təhsilə göstərilən diqqət və qayğıya görə məktəbim kollektivi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təşəkkür edir.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətrinin başçısı İlqar Abbasov bildirmişdir ki, son illərdə Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində olduğu kimi, təhsil sistemində də çox ciddi irəliləyişlər, uğurlar əldə olunmuşdur. Bu illər ərzində yaradılmış baza Azərbaycan təhsilinin inkişafında uzun müddət xidmət edəcəkdir.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş təhsil strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
İlqar Abbasov dövlət başçısının Azərbaycan təhsilinə diqqət və qayğısını xüsusi vurğulayaraq tədbir iştirakçılarının diqqətinə bir daha çatdırdı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2011-ci ilin aprelində Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərlə tanışlıq məqsədilə Bülbülədə olarkən keçirdiyi görüş zamanı qəsəbə sakinləri burada yeni məktəbə ehtiyac olduğunu bildirmişdilər. Dövlət başçısı elə həmin gün Bülbülə qəsəbəsində 640 şagird yerlik ümumtəhsil məktəbinin binasının tikintisinə başlamaq haqqında sərəncam imzalamışdı. Sərəncama uyğun olaraq dövlət büdcəsində Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına yeni məktəb binasının inşasına başlanılmış və cənab Prezidentin tapşırığına uyğun olaraq 327 nömrəli tam orta məktəbin yeni binası qısa vaxt ərzində yüksək standartlara uyğun tikilmiş və keçən tədris ilində - 15 sentyabr 2012-ci ildə şagirdlərin istifadəsinə verilmişdir.
"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində rayonda həyata keçirilən tədbirlər nəticəsində 12 məktəb əsaslı təmir olunmuşdur. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində həyata keçiriləcək Tədbirlər Planı”na əsasən 2013-cü ildə 5 təhsil müəssisəsində əsaslı təmir işləri aparılmış, onlardan 76, 270, 275, 281 nömrəli məktəblərdə əsaslı təmir işləri başa çatdırılmışdır.
Rayon rəhbəri qeyd etdi ki, təhsil müəssisələrində çalışan işçilərin əmək haqlarının və tələbələrin təqaüdlərinin artırılması haqqında Azərbaycan Prezidentinin sərəncamları, Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı və Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın “Yeniləşən Azərbaycana yeni məktəb Proqramı” və digər irimiqyaslı layihələr qarşıya qoyulan vəzifələrin icrasına, tədris müəssisələrinin maddi-texniki bazasının möhkəmlənməsinə yönəldilmişdir.
İlqar Abbasov bildirdi ki, ötən tədris ilində Suraxanı rayonu ərazisində fəaliyyət göstərən təhsil işçiləri bir sıra nailiyyətlər qazanmışlar. Belə ki, 2012-2013-cü tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin qalibləri arasında 275 saylı tam orta məktəb də olmuşdur. 2012-2013-cü tədris ilində rayon ərazisində yerləşən 34 orta ümumtəhsil məktəbini və Xarici Dillər Təmayüllü gimnaziyanı 1899 şagird bitirmiş, onlardan 1631 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd vermiş, onların 992 nəfəri tələbə adını qazanmışdır.
Abituriyentlərdən 49 nəfəri 600-dən yuxarı bal toplamışdır. Yüksək balla ali məktəbə daxil olmuş 5 məzun isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 sentyabr 2013-cü il tarixli sərəncamı ilə Prezident təqaüdçüsü adına layiq görülmüşdür. 278 saylı məktəbin 9 məzunu, 275 saylı məktəbin 6 məzunu, XDTG-nin 5 məzunu, 270 saylı məktəbin 4 məzunu 600-dən yuxarı bal toplamışdır.
Tədbirdə çıxış edənlər göstərilən diqqət və qayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını bildirdilər. Sonra ilk zəng şagirdləri dərsə səslədi.
Rayonun bütün məktəblərində 8-11-ci siniflərdə ilk dərs “Mənim ölkəm, mənim şəhərim, mənim rayonum” mövzusunda vətənpərvərlik dərsi olmuşdur. Şagirdlərə son illərdə ölkəmizdə, şəhərimizdə, rayonumuzda aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən, o cümlədən Azərbaycan təhsilinə göstərilən diqqət və qayğıdan ətraflı danışılmışdır. 5-11 sinif şagirdlərinin hər birinə bu uğurlardan bəhs edən xüsusi kitab hədiyyə edilmişdir.
İlk dərsdə rayon rəhbərliyi, rayondan Milli Məclisə seçilmiş deputatlar iştirak etdilər.