Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonu Heydər Əliyev Mərkəzində növbəti açıq dərs keçirilmişdir

22 oktyabr 2018 | 16:00

22 oktyabr 2018-ci il tarixdə Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində Elektron lektoriya zalında Rayon İcra Hakimiyyətinin və Mərkəzin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda 2018-2019-cu tədris ilində növbəti açıq dərs keçirilmişdir.
Açıq dərsdə rayonun 97, 101, 104, 118 və 226 nömrəli tam orta məktəblərinin 9-11-ci sinif şagirdləri iştirak etmişdir.
Açıq dərsdə iştirak edən şagirdlər əvvəlcə Suraxanı Rayonu Heydər Əliyev Mərkəzi ilə tanış oldular, Ulu Öndərin zəngin irsini, həyat və fəaliyyətinin müxtəlif dövrlərinin öyrənilməsi məqsədi ilə elektron auditoriyada Mərkəzin sifarişi ilə hazırlanmış “Əyilməz iradə” filmini izlədilər.
Açıq dərs dövlət himninin oxunması ilə başladı.
Açıq dərsdə 226 nömrəli tam orta  məktəbin müəllimi Aytən Əliyeva, 97 nömrəli tam orta  məktəbin müəllimi Fərqanə Babayeva, 118 nömrəli tam orta  məktəbin müəllimi Şəfiqə Həsənova, 104 nömrəli tam orta  məktəbin müəllimi Nazim Muxtarov, 101 nömrəli tam orta  məktəbin müəllimi Kamilə Fərəcova dərs dedilər.
Şagirdlərin diqqətinə çatdırıldı ki, Müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu olan Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev ölkəni vətəndaş müharibəsi təhlükəsindən qurtarmış, geniş islahatların keçirilməsində, neft-qaz siyasətinin formalaşmasında, gənc dövlətimizin beynəlx
alq nüfuzunun artmasında müstəsna xidmətlər göstərmişdir. Ümummilli Lider Heydər Əliyev özünü Azərbaycanlı sayan hər bir kəsin qəlbində sadəliyi, səmimiliyi, alicənablığı, vətənpərvərliyi və bütün digər yüksək insani keyfiyyətləri ilə unudulmaz izlər buraxmışdır.
Açıq dərsdə xüsusi vurğulanmışdır ki, bu gün Ulu Öndərin siyasi kursu möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən böyük uğurla davam və inkişaf etdirilir. Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin ideyalarının gerçəkləşməsində möhtərəm Prezidentimiz cənab  İlham Əliyevlə birgə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva da yaxından iştirak edir. Yüksək dəyərləri öz şəxsiyyətində cəmləyən Mehriban xanım Əliyeva demokratik inkişaf, hüquqi dövlət quruculuğu yolunda sürətlə irəliləyərək sivil dəyərləri əxz edən Azərbaycan cəmiyyətinə layiqli töhfələrini verir.
Azərbaycan siyasi və iqtisadi cəhətdən qüdrətlənir, öz inkişaf templərinə görə dünyada qabaqcıl yerlərdən birini tutur.
Açıq dərsdə mövzular xüsusi hazırlanmış animasiya, foto, video materiallarla şagirdlərin diqqətinə çatdırıldı.

Keçidlər