Rayonun Əmircan qəsəbəsində növbəti səyyar görüş keçirilmişdir
20 oktyabr 2018 | 16:00
20 oktyabr 2018-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi 16 ünvanda sakinlərlə növbəti səyyar görüşü olmuşdur. Görüşdə Əmircan qəsəbəsi İƏD üzrə nümayəndəsi, Bələdiyyə sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak etmişdir.
Səyyar görüşdə sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq qətirildi, müvafiq izahatlar verildi və qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verildi və onların həlli nəzarətə götürüldü.